Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Rusiyaya işləməyə getmək istəyənlərə bəd xəbər

Rusiya dövlət dumasına miqrantlara əmək vizası verilməsi təklif edilir.


Ans-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Prezident Vladimir Putin “Vahid Rusiya” partiyası ilə görüşdə Əmək miqrantları üçün müəyyən fəaliyyət növləri təklif edib.

O bildirib ki, ölkənin iqtisadi marağı nöqteyi nəzərindən bəzi sahələr var ki, orada miqrant əməyi olmadan keçinmək çətin olar. Amma bəzi istiqamətlər də var ki, ora öz vətəndaşlarımızı cəlb edə bilərik”.

Nümunə olaraq Putin, ticarət sahəsini misal çəkib. Dövlət Dumasında əmək miqrantlarına viza verməyi təklif edib bildirirlər ki, vakansiyalar əvvəlcə Rusiya vətəndaşlarına düşməlidir, daha sonra boş yer qalarsa miqrantları cəlb etmək lazımdır.

"Vakansiya Rusiya vətəndaşı tərəfindən tələb edilməyənə kimi, miqrantın hətta bura gəlib, özünü əmək bazarında təklif etmək imkanı belə olmamalıdır",- deyə Dumanın millət vəkillərindən biri Mixail Starşinov vurğulayıb.


7015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP