Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi keçiriləcək

Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun məhkəmə prosesi keçiriləcək.

Bu barədə SalamNews-a ilahiyyatçının vəklili Cavad Cavadlı məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə prosesinin hazırlıq iclasının vaxtı oktyabrın 14-nə təyin olunub. Proses Sabunçu Rayon Məhkəməsində hakimi Samir Əliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Taleh Bağırov barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılmaq üçün məhkəməyə göndərilib. Bu ilin avqustun 1-də Nərimanov rayon Məhkəməsində Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək, T.Bağırovun həbs müddətini 3 ay uzadıb. Apellyasiya şikayəti də həmin qərardan verilib.

Bu il martın 31-də həbs edilən ilhahiyyatçı alim Hacı Tale Bağırov və sürücüsü Anar Məlikova 2 ay həbs-qətimkan tədbiri seçilib. Sabunçu rayon məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Tale Bağırov cinayət məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilərək 2 ay müddətinə azadlıqdan məhrum edilib.


7029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP