Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

"Amerika dövlətinə etibar edə bilmərik"

Amerika dövlətinə etibar edə bilmərik - Ayətullah Məhdəvi Kəni 

"Danışıqlarda aldanmamaq üçün ehtiyatlı olmalıyıq."

SalamNews-un "FarsNews" informasiya agentliynə stinadla verdiyi xəbərə görə, bunu İranın Xubriqan Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni verdiyi müsahibədə deyib.

O, ABŞ Prezidenti Barak Obamanın "İran əleyhinə hərbi seçim qüvvədədir" fikrinə münasibət bildirərək, Amerika dövlətinə etibar edilməsini mümkün saymayıb və əgər danışıqlar baş tutarsa son dərəcədə ehtyatlı olmağı tövsiyə edib.

Xubriqan Məclisinin sədri ABŞ və İran prezidentləri arasında baş tutan telefon danışıqlarına münasibətini bildirməyib və bu barədə Həsən ruhaninin özünə məxsus münasibətin olduğunu bəyan edib.

Xatırladaq ki, Həsən Ruhaninin ABŞ-a səfəri zamanı Barak Obama ilə baş tutan telefon bağlantısı İran daxilində bəzi hökümət nümayəndələrinin qınağına səbəb olub. Hökümət nümayəndələri ABŞ-la müzakirələrin qadağan edilmədiyini dəfələrlə bəyan etsələrdə, bu ölkəyə etibar edə bilmədiklərini söyləyirlər.


6954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP