Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

BDU-nun dindar tələbəsi itkin düşüb

Bakıda tələbə itkin düşüb. Bu barədə apya-ya itkin düşdüyü bildirilən Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun yaxınları məlumat veriblər. A. Məmmədov şənbə günü evdən internet kluba getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

A. Məmmədov mobil telefonunda ”Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının üstünə tabut şəkli yerləşdirib. Onun yaxınları Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən verilən məlumata görə, hazırda A. Məmmədovun tapılması istiqamətində iş aparılır.


7174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP