Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Abgül Süleymanovun ciyərində ağrılar yaranıb

Həbsdə olan ruhani Abgül Süleymanovun səhhətində problem yaranıb. Məlumatı “Media forum” saytına vəkil Zaman Səmədov verib.

Vəkil deyib ki, noyabrın 16-da Abgül Süleymanovla görüşüb: “O mənə bildirdi ki, ciyərində ağrılar yaranıb. Abgül Süleymanov problemlə əlaqədar özünün istədiyi həkimlərin onu müayinədən keçirməsini tələb edir”.

Zaman Səmədov qeyd edib ki, bununla bağlı məktub hazırlayıb. Məktubda Abgül Süleymanovun özü istədiyi həkim tərəfindən müayinə olunmasına icazə verilməsi xahiş olunub. Məktub Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə ünvanlanıb.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. O, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.


6215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP