Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Hökumətin 87 yaşlı qadından rəqiblərinə qarşı istifadə cəhdi...

Aslan Ismayılov: «Insanla balası vasitəsilə haqq-hesab çürütmək insanlığa yaraşmır»
Eldəniz Quliyev: «Adam bu cür vasitələrə əl atan hakimiyyətin yerinə xəcalət çəkir»
 
Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində bu yaxınlarda çıxarılmış məhkəmə hökmü üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimova “Meydan TV”yə müsahibə verərək, bu işi düzüb-qoşanları ifşa edib. 87 yaşlı qadın Günel Həsənlidən şikayətçi olmadığını, amma həm polis şöbəsində, həm də ekspertiza zamanı hədə-qorxu yolu ilə onu şikayətçi olmağa məcbur etdiklərini bildirib.
Xatırladaq ki, Ədilə Səlimova hadisə baş verən gün məscidə gedərkən təzyiqinin qalxdığını, bu səbəbdən yolda yıxıldığını və həmin vaxt oradan maşınla keçən Günel Həsənlinin də ona azacıq toxunduğunu söyləyib: “O, məni vursaydı, ölərdim də. Yenə də mənə köməklik elədi. Maşına qoydu, apardı, məni rentgenə saldılar. Heç yerdə nə əzintim var, nə çıxığım. Ölməmişəm, yaralanmamışam,  qan tökülməyib məndən. Üç gündür çörək yemirəm ki, axı o qızı niyə bədbəxt edirlər heç nəyin üstündə. Sağ-salamat arvadam. Cavanlara heç nə olmasın, mənə nə olur, olsun. Mən o qıza görə pis oldum, eşitdim halım pisləşdi. Axı nəyə görə mən xalqın uşağına böhtan atım? Yaxşı deyil axı mənim üçün. Vaxt gələcək bir qarış yerə qoyulacam, qəbiristanlığa gedəcəyəm. Mən necə cavab verərəm?”
Yaşlı bir qadından siyasi rəqiblərə qarşı istifadə etmək, onu ömrünün bu çağında vicdan əzabı çəkməy məcburiyyətində qoymağın adı nədir?


Tanınmış vəkil Aslan Ismayılov deyir ki, mübarizə ləyaqətli formada aparılmalıdır: “Kişi kişinin balası, oğul-qızıyla haqq-hesab çəkməz. Hər şeyi qəbul etmək olar, hətta murdar siyasəti də. Amma insanın balasıyla haqq-hesab çürütmək insanlığa yaraşmır. Hələ qız-qadın xeylağıyla haqq-hesab çürütmək ümumiyyətlə, yolverilməzdir”.


Kinossenarist və dramaturq, tanınmış ziyalı Eldəniz Quliyev baş verənləri Cəmil Həsənlidən qisas almaq cəhdi kimi dəyərləndirir. Xatırladır ki, əslində, bu hadisə Cəmil Həsənlinin prezidentliyə namizəd olduğu dövrdə etdiyi çıxışlara görə ondan intiqam almağa hesablanıb: “Yüngül bir avtoqəzadan siyasi fəaliyyətinə görə Cəmil Həsənliyə qarşı istifadə edirlər. Lakin normal ölkələrdə bu sayaq metodlardan istifadə edilmir, insanları siyasi baxışlarına görə belə cəzalandırmırlar. Adam bu cür vasitələrə əl atan hakimiyyətin yerinə xəcalət çəkir”./azadlıq/


4587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP