Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

11 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 11-də günün birinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur. Şimal küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturun gecə 3-5, günün birinci yarısında 6-8, günün ikinci yarısında 1-3 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Dekabrın 11-də günün ikinci yarısında hava şəraitinin şimal və qərb rayonlarında, axşam isə əksər rayonlarda yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıq
Dekabrın 11-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək.


5625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP