Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2015

Bakıda binanın eyvanı uçdu

Bakıda binalardan birinin eyvanı uçub.

Hadisə Nərimanov rayonu Mayakovski küçəsində (Montin bazarının yaxınlığında) baş verib.

Fransız layihəli 4 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanı gecə saatlarında uçub. Nəticədə çökən eyvan ikinci mərtəbədəki eyvanı da zədələyərək yola düşüb. Eyvanın beton konstruksiyaları və oradakı şkaf da küçəyə düşüb.

Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi bina 50 ildən artıqdır ki, tikilib./lentaz/


5562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP