Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Məmur bankları devalvasiyadan qazanıb

Sadə vətəndaşların zərəri isə milyardlarla ölçülür

Bu mövzuya dəfələrlə müraciət etmişik və bundan sonra da davam edəcəyik. Çünki, hökumətin vətəndaşı necə aldatdığını, vətəndaşın necə borc bataqlığına salındığını və məqsədli şəkildə heç bir güzəşt edilməməsini qabartmaq lazımdır.

Bildiyiniz kimi hökumət devalvasiyadan sonra vətəndaşa heç bir köməklik etmədi. Müxtəlif vədlər verildi, şaiyələr yayıldı, sonda isə “heç bir güzəşt olunmayacaq” söylədilər. Hansıki, ölkə başçısı səviyyəsində “milli valyuta sabit qalacaq” vədi verilmişdi. Yəni, vətəndaşı arxayın salıb, ik dəfə “gecə qarəti” həyata keçirdilər və nəticədə sadə vətəndaş milyardlarla zərər etdi. Yüksək bank faizləri, 130 faiz ucuzlşamış valyuta və hökumətin biganəliyi ölkə insanı üçün ağır zərbə oldu.

Xatılayırsızsa, bir müddət əvvəl spiker Oqtay Əsədov “Xalq üçün ağlayanda, bir az da banklar üçün ağlamaq lazımdır” söyləmişdi. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə dollarla krediti olanlara güzəşt edilməsini maliyyə intizamının pozulması kimi dəyərləndirmişdi. Sonda isə Maliyyə naziri Samir Şərifov bildirdi ki, kredit borcu olanlara güzəşt olunmayacaq və bank xeyriyyə cəmiyyəti deyil.

Biz də ötən yazılarımızda faktlarla göstərmişdik ki, bu devalvasiyadan iri məmurlara yaxın olan banklar mənfəət götürüb. Belə ki, rəsmi rəqəmlərə görə, aktivlərinin həcmi 1 milyard manatı keçmiş banklar bunlardı: Acsess Bank, Bank Standard, Beynəlxalq Bank, Kapital Bank, Paşa Bank və Xalq Bank. Üstəlik, aktivlərinin həcmi 1 milyardı keçmiş banklar hansısa tanımadığımız şəxslərə məxsus deyil. Adlardan da göründüyü kimi, bu banklar hakim ailəyə yaxın olan banklardı.

Son məlumat isə belədir ki, 2015-ci ilin 4-cü rübünün yekununa görə, “Kapital Bank”ın cəmi aktivləri 2 milyard 20 milyon manat təşkil edib. Bu, 2014-cü ilin yekunu ilə müqayisədə 46,9% çoxdur. Hesabat dövründə “Kapital Bank”ın kredit portfeli 32,3% artaraq 1 milyard 162 milyon manata, depozit portfeli isə 72,3% artraq 1 milyard 46 milyon manata çatıb.

“Ata Bank” da ötən ili mənfəətlə başa vurub. 31.12.2015-ci il tarixinə “AtaBank” ASC-nin cəmi aktivləri 607,2 milyon manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0% artım deməkdir. Bank ötən ili 1,4 milyon manat xalis mənfəətlə başa vurub.

Bütün bunları ona görə xatırladırıq ki, devalvasiyadan, böhrandan əsas banklar zərər görməyib, əksinə mənfəət əldə edib. Amma sadə vətəndaş iki devalvasiyadan sonra ağır vəziyyətə düşüb və hökumət bu zərəri ödəməmək üçün absurd bəhanələr uydurur. Göründüyü kimi yüksək vəzifəli şəxslərə məxsus banklar özlərinə gün ağlaya biliblər.

Hansıki, dollarla krediti olanlara güzəşt edilməsi, cəmi 250 milyon dollar vəsait tələb edirdi. Necə olur ki, 3-4 ailəyə məxsus banklar devalvasiyadan sonra mənfəətlə işləyir, aktivləri milyard dolları ötür, amma bu banklar vətəndaşa yardım etmir? Niyə, Qırğızıstan, Qazaxıstan, Ukrayna hökumətləri vətəndaşa dəymiş zərəri öz üzərinə götürür, amma Azərbaycan hökuməti bu addımı atmır?ÿ

Bir daha aydın olur ki, dollarla krediti olanlara güzəşt edilməməsi nə maliyyə intizamının pozulması ilə, nə pulsuzluqla, nə də böhranla bağlı deyil. Sadəcə olaraq hökumət özünü vətəndaşa borclu saymır, vətəndaş qarşısında heç bir məsuliyyət daşımır və cəmiyyətin susqunluğundan yararlanır. Yəni, borca görən özünü yandıranlar, körpüdən asanlar, dənizə atanlar hökuməti qətiyyən maraqlandırmır. Əsas odur ki, məmur bankları mənfəət əldə etsin. Vətəndaş boğazından kəsib, evini satıb borcu ödəyər.

Faktiki olaraq hökumət yarıtmaz və acgöz siyasətin acı nəticələrini xalqın çiyninə yükləyib. Yuxarıda sadaladığımız faktlar da göstərir ki, hökumət xalqa lazımsız əşya kimi baxır. Milyonlarla insanı zülmə salıblar ki, 5-10 bank mənfəətlə işləsin./azadlıq/


5596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP