Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

ABŞ Braziliyanı Kanada ilə birgə izləyib

ABŞ kəşfiyyatının Braziliya prezidentini təqib etməsi faktı ortaya çıxmasından sonra ölkənin Mədən və Enerji Nazirliyinin də izlənildiyi məlum olub. Kəşfiyyat işlərinin bir hissəsinin Kanada ilə birgə aparıldığını göstərən sənədlərdə məqsədin Braziliya iqtisadiyyatını istiqamətləndirmək olduğu iddia edilir, - CHA.

Edvard Snouden tərəfindən sızdırılan sənədlərin daha bir hissəsinin dərc olunmasından sonra əldə edilən məlumatlara görə, nazirliyin kompüterləri, sabit xəttləri və cib telefonları daxil olmaqla bütün rabitə xəritəsinin çıxarıldığı ifadə edilir. İngilis jurnalist Qlin Qrinvold tərəfindən dərc olunan sənədlər ölkənin bütün enerji və mədən mənbələrinə aid məlumatların yığıldığı kompüterlərə girildiyini göstərir. Əlində hələ nəşr olunmamış xeyli sayda sənəd olduğunu söyləyən Qrinvold Qlobo televiziyasına verdiyi müsahibdə bu sənədləri aydınlaşdırmağın və bir-biriylə əlaqələndirilməsinin zaman aldığını ifadə edib.

Bəzi kəşfiyyat məlumatlarının Five Eyes (beş göz) adı verilən ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiyadan ibarət ölkələr qrupu arasında paylaşıldığını bildirən ingilis jurnalist, hər ölkənin öz marağına görə bu məlumatlardan istifadə etdiyini söyləyib. Kanadanın Braziliya mədənləri ilə maraqlandığını və ölkədə müxtəlif sərmayələrinin olduğunu ifadə edən nazirlik səlahiyyətliləri şifrəli seyflərdə saxlanılan bütün məlumatlara sızıldığını bildirib.

Mövzuyla əlaqədar açıqlama verən prezident Dilma Russeff dinləmənin məqsədinin iqtisadi maraqlar olduğunu və əlaqədar ölkələrdən açıqlama tələb edildiyini bildirib./Deyerler


6086 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP