Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

Azərbaycanda mikroavtobus qəzası

Azərbaycanda mikroavtobus qəzası: çağırışçılar yaralandı - Ağır qəza

Qax rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

"Ford” markalı 36 BB 954 dövlət nömrə nişanlı mikroavtobus "Opel” markalı, 34 BC 299 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində xeyli sayda sərnişin xəsarət alıb.

Qax Mərkəzi rayon Xəstəxanasından bildirilib ki, qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlar Zəyəm kənd sakinləri, 1988-ci il təvəllüdlü Xəzər Hacıyev, 1996-cı il təvəllüdlü Qurban Qurbanlı, 1995-ci il təvəllüdlü Elməddin Məmmədli, 1996-cı il təvəllüdlü Samir Şükürzadə, 1992-ci il təvəllüdlü Bəxtiyar Məmmədli, 1996-cı il təvəllüdlü Elton Kazımlı, Şəki rayon sakinləri, 1985-ci il təvəllüdlü Coşqun Məsimov, 1978-ci il təvəllüdlü Samir Rəsulov və Elvin Yusifovdur.

Xəstəxanadan həmçinin bildirilib ki, qəza zamanı xəsarət alanların əksəriyyəti çağırışçılar olub. Onlar tibbi müayinədən keçməyə gedirlərmiş.


6264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP