Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

700 bal toplayan tələbənin atasını öldürüblər

2012-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan tələbənin ailəsində bədbəxt hadisə baş verib

Modern.az saytı xəbər verir ki, imtahanlarda 700 bal toplamış Qazax rayonun Ürkməzli kənd sakini Orxan Səfərovun atası Arif Səfərov öldürülüb. Saytımıza məlum olub ki, hadisə xeyli vaxt əvvəl baş verib.

"Hadisə keçən il olub. Oktyabrın 6-da atamın ilini verdik” deyə O.Səfərov bildirib.

Hazırda ağır günlər yaşadıqlarını bildirən Orxan bu haqda danışmaqda çətinlik çəkib. "Hadisə gözlənilmədən oldu. Atamın heç tanımadığı adam onu bıçaqladı. Atam həmin insanı heç tanımırdı, aralarında nə ədavət, nə də pul söhbəti var idi. Heç bilmirəm, niyə belə oldu”.

Orxan atasını öldürən şəxsin tutulduğunu və hazırda həbsdə olduğunu qeyd edib.

Qeyd edək ki, 2012-ci ilin qəbul imtahanlarında 700 bal toplayaraq tələbəlik sevinci yaşayan Orxan hazırda Qafqaz Universitetinin sənaye mühəndisliyi ixtisasında təhsil alır. İkinci kursda oxuyan Orxanın bütün qiymətləri əladır və prezident təqaüdçüsü olaraq qalır.


6247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP