Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

İmişlidə dəhşət: iki uşaq evdə diri-diri yandı

İmişli rayonunda dəhşətli yanğın olub.

İmişli rayonunda dəhşətli yanğın olub. Bir ailənin iki övladı diri-diri yanıb.XezerXeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Qaralar kəndində vətəndaşa məxsus, ümumi sahəsi 216 kv.m olan 1-mərtəbəli, 7-otaqlı evdə meydana gəlib.

Evin 3 otağının yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanmış otaqların birində ev sahibinin övladları - 14 yaşlı Şəmmədova Aytac Mehman qızının və 10 yaşlı Şəmmədov İsmayıl Mehman oğlunun meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


6344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP