Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Qarabağ əlili özünü yandırdı - Fotolar

“Obyektimi Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən alıb”

II qrup Qarabağ əlili Zaur Həsənov bu gün səhər saat 11-də Həmkarlar İttifaqının qarşısında özünü yandırdı. Hadisə yerinə saat 11.15-də təcili tibbi yardım maşını gəldi. Onun səhhəti ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, Qarabağ əlilinin mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub: “Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi”.
Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildirirdi: “Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam”.
Hadisə ilə bağlı geniş reportajı sabah təqdim edəcəyik.





6006 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP