11 İyul 2016
"1 dollar 2 manat olacaq"

Ekspertlərin fikrincə, milli valyutanın dəyər itirməsini önləmək üçün bəzi addımlar atıla bilər. Ancaq bu mexanizmlərin olmaması devalvasiya narahatlığını bir qədər də artırır.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, ümumən ən yaxşı halda, manatın indiki məzənnəsini ilin sonuna kimi saxlamaq mümkün olmayacaq:
“Yəni indi məzənnə 1,55-dirsə, ən yaxşı halda, 1.70-ə kimi gedib çıxacaq. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası normal addımlar atarsa, manat nisbətən az dəyər itirə bilər. Ola bilər ki, vəziyyət bundan da pis olsun, dollar iki manatı da vurub keçsin. Bu ehtimal da var və böyükdür.
Əgər tədbirlər görülməsə, belə də olacaq. Manatla bağlı proqnozu altı aylıq verərdim, üç ay ərzində ola bilər ki, məzənnəni zorla saxlasınlar. Altı ay ərzində isə saxlamaq mümkün olmayacaq.
Birincisi, Amerikanın Federal Ehtiyat Sistemi dollar kredirləti üzrə faiz dərəcəsini bu il mütləq artıracaq. Bu, dolların dünyada bahalaşmasına gətirəcək. Digər tərəfdən də ilin sonuna neftin qiymətinin yenidən azalması ehtimalı çoxdur. Çünki həm Səudiyyə Ərəbistanı, İran, hətta Amerikanın özü də neft hasilatını artırır. Bizdə isə əksinə, neft hasilatı azalır. Dollar gəlirlərimizin həcmi də azalacaq, dollar azalacaq.
Manatın ucuzlaşacağının əsas səbəblərdən biri budur ki, Azərbaycan iqtisadiyyatında ciddi milli valyuta kütləsi azdır. Mərkəzi Bank get-gedə onu artırır, banklara kreditlər vermək yolu ilə bunu artırır. Bu proses mütləq davam edəcək. Kreditlərin verilməsi zamanı isə onların bir hissəsi dolların alışına gedəcək. Bu halda Mərkəzi Bank və Palata addımlar ata bilər ki, devalvasiya çox kəskin olmasın. Onlar Mərkəzi Bank tərəfindən banklara verilən kreditlərin təyinatı üzrə xərclənməsinə tam nəzarət etməlidirlər. Banklar manat kreditlərini dollar alışı üçün almırlar. Alırlar ki, kredit versinlər, biznesə, ölkə iqtisadiyyatının inkişafına kredit ayırsınlar. Amma çox zaman reallıqda belə olmur. Kreditlərdən təyinatı üzrə istifadə etmirlər. Mərkəzi Bank və Palata buna nəzarəti gücləndirməlidir. Hazırda belə nəzarət sistemimiz yoxdur. Bu, olsa, edə bilsələr, devalvasiya elə də güclü olmaya bilər”.
Ekspert Qubad İbadoğlu isə nüfuzlu “Bloomberg” agentliyinin növbəti dəfə Azərbaycan manatına həsr olunmuş yazısından danışıb:
“Yazıda iddia olunur ki, neft ucuzlaşandan sonra Azərbaycan iqtisadiyyatı dollara olan tələbatı ödəyə bilmir.
Vəziyyət getdikcə pisləşməkdədir. Son 11 ildə ilk dəfə 2015-ci ildə cari əməliyyatlar balansında kəsir yaranan tədiyyə balansı, son 13 ildə ilk dəfə bu ilin mart ayından başlayaraq 3 ay dalbadal xarici ticarət dövriyyəsində müşahidə olunan mənfi saldo manata olan təzyiqləri daha da artırır. Proqnoz məlumatlara görə, bu il ərzində xam neft ixracatından qiymət səviyyəsindən asılı olaraq 6-7 milyard dollar, qeyri-neft məhsullarının xaricə satışından isə 1 milyard dollara yaxın valyuta əldə olunacaq. Bu isə o deməkdir ki, bu il ərzində əldə edilən valyuta hətta gözlənilən rəsmi idxalla görə tələb olunan valyuta xərclərini belə qarsalamayacaq – baxmayaraq ki, güzgü statistikası metodologiyası aparılan hesablamalar göstərir ki, faktiki iidxal rəsmi idxaldan ən azı 30 faiz çoxdur.
Bununla yanaşı, 2016-cı il büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 280 milyon manat, xarici dövlətlərə verilən kreditlər üzrə 106,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub – baxmayaraq ki, Azərbaycan Monteneqro hökumətinə xarici dövlətlərə verilən kreditlər üzrə məbləği ən azı 2 dəfədən çox üstələyən məbləğdə – 175 milyon avro kredit verilməsinə dair qərar verib və bu heç də sonuncu deyil. Belə ki, bu ilin birinci rübünə açıqlanan tədiyyə balansında xalis maliyyə aktivləri 3 milyard dollar ötüb ki, onun da 771 milyon dollarını xaricə yönəldilmiş birbaşa investisiyalar, 2,28 milyard dollarını portfel və digər investisiyalar təşkil edib.
Bundan əlavə, ARDNŞ-nin 2015-ci il hesabatında göstərilir ki, bu şirkətin cəmi öhdəlikləri 11,9 milyon manata çatıb, o sıradan qısa müddətli öhdəlikləri isə 3 milyard manatı ötüb ki, onun 90 faizindən çoxu xarici valyutadadır. Eyni zamanda 1 iyun 2016-cı il tarixə kommersiya banklarının xarici öhdəlikləri 6,7 milyard manat, depozitlər üzrə valyuta ilə olan daxili öhdəlikləri isə 18,7 milyard manat təşkil edir. Əlavə olaraq “Azərenerji” ASC-nin, “Azərbaycan Hava Yolları” aviaşirkətinin, “Azərsu” ASC-nin də xarici öhdəlikləri milyardlarla ölçülür”.
Ekspertin sözlərinə görə, ölkənin valyuta bazarında xarici valyuta təklifi tələbdən geri qalır:
“Göründüyü kimi, Azərbaycanın valyuta bazarında xarici valyuta təklifi tələbdən dəfələrlə geri qalır. Bu vəziyyətdə də manatın dollara qarşı məzənnəsinə olan təzyiqlər davam edəcək və bu halda manat artan təzyiqlərə Azərbaycan Mərkəzi Bankının iyunun 1-ə olan 4,284 milyard dollarlıq rəsmi beynəlxalq ehtiyatları bitənədək tab gətirə bilər. İyun ayından başlayan və getdikcə artan təzyiqlər bu templə il ərzndə “ehtiyatları” əridə bilər.
Ona görə də “Bloomberg” agentliyinin narahatlıqlarla dolu olan yazısı diqqətdə saxlanılmalıdır və məzənnə siyasəti elə tənzimlənməlidir ki, bu nə xarici borc öhdəliklərinin sürətlə artmasını, nə də strateji valyuta ehtiyatlarınınn kəskin azalmasını şərtləndirməsin. Bu da həqiqətən Mərkəzi Bankın qısa müddətli dövrdə məzənnə siyasətindən, uzunmüddətli dövrdə isə qeyri-neft ixracatından asılı olacaq”.
Q.İbadoğlu FES-in toplantısına da diqqət çəkib: “Bu ayın 26-27-də Federal Açıq Bazar üzrə Komitə yenidən toplanaraq ABŞ iqtisadiyyatının vəziyyətini müzakirə edəcək. Bu dəfə uçot dərəcəsinin yüksəldilməsi ehtimalı yüksəkdir. Bu isə manata həm xarici və həm də daxili psixoloji təzyiqi artıra bilər”./istiqlal/
09.02.25, 10:45
Rusiya Müdafiə Nazirliyi: 35 Ukrayna PUA-sı vurulub 09.02.25, 10:31
Tramp Putinlə danışdı 08.02.25, 10:05
Rusiya bu şəhəri yer üzündən sildi - Video 08.02.25, 09:56
Bu gün HƏMAS üç israilli əsiri azad edəcək 08.02.25, 09:53
Alyaskada itkin düşmüş təyyarədə olan bütün sərnişinlər ölüb 08.02.25, 09:51
Bu rayonumuza 79 sm qar yağdı 08.02.25, 09:27
Kumeyl duası ilə bağlı xatirə 05.02.25, 12:56
İran PUA-ları süni intellekt dəstəkli raketlərdən istifadə edib 05.02.25, 09:31
İranın yeni raket sistemi sınaqdan uğurla keçib 04.02.25, 11:14
Çin ABŞ məhsullarına tarif tətbiq edib 04.02.25, 10:42
Tramp Hitleri xatırladır - Lavrov 04.02.25, 10:33
Tacikistanda İŞİD həbsxananı ələ keçirdi - Rəis... 04.02.25, 10:07
İran Hava Hücumundan Müdafiə qüvvələrinin təlimləri başlayıb 04.02.25, 10:01
BMT rəsmisi ərəb ölkələrinin Fələstin məsələsinə qarışmamasından təəccübləndiyini bildirib 04.02.25, 09:55
Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb 03.02.25, 12:10
Moskvada partlayış: Ölən və yaralananlar var 03.02.25, 11:42
Bakıda oteldə Türkiyə vətəndaşının meyiti tapıldı 03.02.25, 10:20
Şəhid Seyid Həsən Nəsrullah və şəhid Seyid Haşim Səfiyəddin ilə vida mərasiminin vaxtı məlum oldu 03.02.25, 10:15
Danimarkada Qurani-Kərimə növbəti təhqir 03.02.25, 10:13
Ayətullah Seyid Əli Xamenei: Amerika təcavüzkar və yalançıdır 03.02.25, 10:03
Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə öldü 03.02.25, 09:26
Bakıda 89 yaşlı kişi və arvadı... 02.02.25, 11:12
Nəhəng neft zavodunda dəhşətli partlayış - ABŞ-da 02.02.25, 09:57
Kurskda məktəbə aviazərbələr endirilib 02.02.25, 09:53
Dostlar bir-birini qırır - ABŞ-Kanada 01.02.25, 13:09
İngiltərə parlamentinin hesabatı: İran hələ də Yaxın Şərq balanslarında təsirli bir gücdür 01.02.25, 09:51
Maduro Trampın nümayəndəsini qəbul etdi 01.02.25, 09:50
Rusiya əhalisinin sayı açıqlandı 01.02.25, 09:48
Admiral Səyyari: Biz istənilən təhlükə ilə mübarizəyə hazırıq 01.02.25, 09:11
Evdə əl qumbarası partlayıb, 5 nəfər ölüb 30.01.25, 13:18
Ənsarullah: ABŞ-ın dəstəyi sionist rejimin Livan və Qəzzəyə təcavüzünün davam etməsində əsas amildir 30.01.25, 13:14
İşğalçı İsrail ilə HƏMAS arasında üçüncü əsir mübadiləsi baş tutub – Yəhya Sinvar detalı diqqət çəkib + VİDEO 30.01.25, 13:11
Quran yandırma aksiyalarının təşkilatçısı öldürülüb 30.01.25, 09:20
3 israilli girova görə azad ediləcək fələstinlilərin sayı… 30.01.25, 09:05
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub - Video 29.01.25, 12:54
Putinə sui-qəsd nüvə müharibəsidir - Volodin 29.01.25, 10:05
Sumqayıtda qadın qətlə yetirilib 29.01.25, 10:03
ABŞ-ın F-35 tipli qırıcı təyyarəsi süqut etdi - Video 28.01.25, 10:12
Suriyada cəmi üç gündə 35 qətl 28.01.25, 10:02
İlluziyadan ayılın, NATO dağılacaq - Karlson 28.01.25, 09:59
Ukraynada başımızı qatırlar, əsas döyüş... 28.01.25, 09:53
ABŞ Putini öldürmək istəyirdi - Karlsondan şok 28.01.25, 07:34
Məbəs bayramı münasibətilə 27.01.25, 09:59
ABŞ son 40 ildə heç bir hərbi münaqişədə qalib gəlməyib – vitse-prezidentdən Pentaqona öldürücü tənqid 27.01.25, 09:55
Göygöldə 16 yaşlı qızın ASILMIŞ meyiti tapıldı 27.01.25, 09:48
İordaniyadan Trampa cavab: Qəti şəkildə rədd edirik! 27.01.25, 09:43
Məktəblərdə qış tətili başlayıb 26.01.25, 09:42
KXDR strateji qanadlı raketini uğurla sınaqdan keçirdi 26.01.25, 09:27
İmam Kazimdən (ə) 10 hədis 26.01.25, 09:03
HƏMAS işğalçıların xüsusi təyinatlı qüvvələrinin silahlarını nümayiş etdirməklə güc nümayiş etdirib 26.01.25, 08:58
Daşaltı əməliyyatından 33 il ötür 26.01.25, 08:54
HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili suçlayıb 26.01.25, 05:02
Bu gün İmam Kazimin (ə) şəhadət günüdür 25.01.25, 10:03
Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü 25.01.25, 09:24
İsrail Qəzza müharibəsində məğlub oldu - Ayland 25.01.25, 09:22
İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu xətti və qaz nəqli planı ilə bağlı son razılaşmalar əldə olunub 23.01.25, 12:05
"Ordu israilliləri qoruya bilmədi" 23.01.25, 11:57
Rusiya ordusu sürətlə güclənir: NATO ölkəsinə hücum edəcək 23.01.25, 11:54
ABŞ-da məktəbdə atışma: ölənlər var 23.01.25, 11:47
Rus ordusu irəlilədi: ukraynalılar mühasirəyə düşdü 23.01.25, 11:43
Atəşkəsdən sonra Qəzzada dağıntılar altından 212 cəsəd çıxarılıb 23.01.25, 11:41
Los-Ancelesdə yeni yanğınla əlaqədar təxliyə başlayıb 22.01.25, 13:33
Ağsu sakini intihar etdi 22.01.25, 10:33
Rusiyaya sanksiya nəticə vermədi, ləğv edək! 22.01.25, 09:26
Saraya əl-Qüdsün sözçüsü: İranın Doğru Vəd əməliyyatı sionist rejimin qürurunu məhv etdi 22.01.25, 09:23
ABŞ-ın Bakıdakı səfirinin gərginlik yaradan istehzaları 22.01.25, 09:13
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib 22.01.25, 09:12
Türkiyədə otel yanğınında ölənlərin sayı... 21.01.25, 13:39
Əl-Husi: İran İsrailə qarşı dağıdıcı əməliyyatlar həyata keçirdi 21.01.25, 11:54
Putin şərtini ağırlaşdırdı – “Zelenski hökumətinin...” 21.01.25, 11:00
Orban: AB rəhbərliyi sərxoş vəziyyətdədir! 21.01.25, 10:58
Rusiya İrana yeni təkliflər verdi: AES tikəcək - Rosatom 21.01.25, 10:57
Bakıda qadın evdə ölü tapıldı 21.01.25, 10:56
Türkiyədə dəhşətli yanğın: 10 ölü... 20.01.25, 14:18
Rus ordusu Novoyeqorovkanı da ələ keçirdi 20.01.25, 09:25
HƏMAS: Yeni mərhələyə başlamışıq 20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü 19.01.25, 11:33
Yəmən ordusu ABŞ-ın aviadaşıyıcı gəmisini 8-ci dəfə hədəfə aldı 19.01.25, 11:30
İran yeni yeraltı hərbi bazasını nümayiş etdirib 18.01.25, 12:43
İmişlidə dəhşətli qətl hadisəsi baş verib 18.01.25, 12:39
Rusiya ordusu Vremevkanı da işğal etdi 16.01.25, 11:58
Rus ordusu dəmir yoluna çatdı: şəhərə daxil olmaq istəyir 16.01.25, 11:57
“Oreşnik” və İsgəndər-M-in yerləşdirilməsi… - Belarus