Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2021

General Qasim Süleymaninin xatirələrindən

Hacı Qasim: Hiss edirdim ki, Həzrət Zəhranı (s.ə) görürəm

General Süleymani İraqla 8 illik müharibə günlərini xatırlayır:

Dalğıcları çayın sahilinə apardım. Qamışlıqda dalğıc paltarlarını geyindilər. Hava qaraldı. Dalğıclar suya yaxınlaşdı. O gün Ərvənd çayını tanımaq olmurdu. Tufan qopmuşdu, qayıqlar dalğalar arasında görünmürdü. Belə bir vəziyyətdə dalğıcların Ərvəndi keçməsi qeyri-mümkün görünürdü. Çaydan vahiməli bir səs gəlirdi. Kəşfiyyatçılarımız dedi ki, dalğıcların çayı keçməsinə ümid yoxdur. Amma əməliyyat planına görə dalğıclar çayı keçməli idi. Bu, əməliyyatın bir hissəsi idi. Dalğıclar keçməsəydi əməliyyat pozulacaqdı. Bir-birimizin üzünə baxırdıq. Bəli, bir ümid yeri vardı və hamı eyni fikirdə idi. Dedim Həzrət Zəhraya (s.ə) təvəssül edək. Hamı suya yaxınlaşıb təvəssül duası oxumağa başladı. Bütün vücudumla hiss edirdim ki, Həzrət Zəhranı (s.ə) görürəm. Bəli, təvəssül zümzüməsi altında dalğıclar suya girdi və Ərvəndi keçdi...



4454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP