Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2016

Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü – FOTO

Qəzaya “Passat”ın “LADA-110” markalı avtomobilin yoluna çıxması səbəb olduğu bildirilir

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Hadisə bu gün saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib. "Volkswagen Passat” markali 99-DZ-632 dövlət nömrə nişanlı avtomobil 60-BS-663 dövlət nömrə nişanlı LADA 110 markalı avtomobil ilə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerinə üç təcili tibbi yardım briqadası gəlib. Qəzaya “Passat” markalı avtomobilin Quba-dan Bakı istiqamətində hərəkət edən “LADA-110” markalı avtomobilin yoluna çıxması səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./trend/


Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü – FOTO
Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü – FOTO
Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü – FOTO
Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü – FOTO


4557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP