Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2016

Lənkəranda ağır yol qəzası: 4 ölü, 5 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə sentyabrın 10-da, saat 06.00-da Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, VAZ-2106 və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb./apa/


4605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP