Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Bu günün hava proqnozu

Yanvarın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi, ötən günlərlə müqayisədə temperaturun 3-4° aşağı enəcəyi, gecə saatlarında 2°-dək isti, gündüz 5°-dək isti olacağı, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Bəzi yerlərdə əsasən səhər və axşam saatlarında az yağıntılı olacağı ehtimalı var.
Bakıda gecə 2°-dək isti, gündüz 5°-dək isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 15-20° şaxta, bəzi yerlərdə 23°-dək şaxta, gündüz 8-13° şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə qar yağacaq.
Temperaturun gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacağı ehtimal olunur.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə qar yağacağı ehtimal olunur.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında havan arabir yağıntılı olacaq, zəif qar yağacaq.
Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 5-8° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.


5178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP