27 Oktyabr 2016
Kredit borcları milli fəlakət səviyyəsində: nə edək?
Ekspert: “Çox güman ki, borcların bir hissəsini ya Mərkəzi Bank, ya da dövlət öz üzərinə götürməyə məcbur olacaq, başqa çıxış yolu yoxdur...” Hazırda Azərbaycanda bank sisteminin və ümumilikdə milli iqtisadiyyatın ən böyük bəlalarından biri də problemli kreditlədir. Artıq belə kreditlərin həcmi 1,5 milyard manatı ötüb. Təəssüf ki, vaxt keçdikcə və manat dollar qarşısında zəiflədikcə, bu məbləğ də artır və geri dönüş imkanları daha da zəifləyir.
Hökumət isə problemi vaxtında həll etmədiyindən, indi daha böyük problem qarşısındadır. Digər tərəfdən, bu problem bankların sıradan çıxmasına, külli miqdarda əmanətlərin banklarda batmasına səbəb olur ki, həmin vəsaitlər də Əmanətlərin Sığortalanması Fondunun simasında dövlətin cibindən çıxır.
Problemə fərdlər səviyyəsində yanaşsaq, problemli kreditlər iqtisadi məsələ olmaqdan çıxıb, cəmiyyətin həm siyasi, həm sosial, həm də mənəvi probleminə çevrilib. Birincisi, artan borclar əhalini hökumətdən narazı salan başlıca amildir. İkincisi, cəmiyyətdə bu səbəbdən yaranan gərginlik və aqressiya sonradan ailədaxili münaqişələrdən tutmuş, qətl, intihar hadisələrinə qədər gedib çıxır. Bir sözlə, kredit borcları artıq milli fəlakət statusuna qədər gəlib çıxıb.
İqtisadçı ekspert Natiq Cəfərliyə görə, hökumət bu problemin həlli barədə devalvasiya qərarı verərkən düşünməli idi: “Çünki bu, göz görə-görə gələn bir fəlakət idi. Biz dəfələrlə Mərkəzi Bankı da, hökuməti də bu haqda xəbərdar etmişdik. O zaman da kreditlərin əksəriyyəti valyuta kreditləri idi, banklar özlərini sığortalamaq üçün valyuta kreditləri verməkdə maraqlı idilər. Devalvasiyalardan sonra bu kreditlərin iki dəfədən çox bahalaşması əhalinin üzərinə böyük yük kimi düşdü. Bundan əlavə, iqtisadi aktivliyin azalması, ölkədə xarici ticarət dövriyyəsinin azalması, tikinti sektorunun çöküşü, insanların iş yerlərini itirməsi, qazanclarının azalması kreditlərin geri dönüşünü daha da çətinləşdirdi”.
Ekspertin sözlərinə görə, banklarda da vəziyyət həddindən artıq ağırdır və bunun başlıca səbəbi problemli kreditlərdir: “Bəzi banklarda kreditlərin yarıdan çoxunun geri qaytarılmasında problemlər yaşanır. Müxtəlif mətbuat orqanlarında, hətta bəzi deputatların parlament çıxışlarında tez-tez ölkədə kreditlərin silinəcəyi haqda məlumatlar yer alır. Bu da bankların işini daha da çətinləşdirir. Vətəndaş düşünür ki, belə bir qərar veriləcəksə, kreditləri qaytarmaya bilər. Hətta kreditləri qaytarmaq imkanında olanlar belə gözləmə mövqeyinə keçiblər. Bu isə bankların vəziyyətini getdikcə daha da ağırlaşdıracaq. Banklar verdikləri kreditləri yığa bilmir, yeni kredit xətləri də aça bilmirlər. Çünki kreditlərin veriləsi şərtləri də xeyli dərəcədə çətinləşdirilib. Bunun yükü də vətəndaşın çiyninə düşüb. Nə banklar, nə hökumət, nə də Mərkəzi Bank tərəfindən ciddi bir addım atılmadığından, vətəndaşlar da bu yükü çəkə bilmir. Nə biznes qurumları, nə də fərdi sahibkarlar və fiziki şəxslər artıq kredit ala bilmirlər. Bu da həm sosial problemlərə, həm də vətəndaşın müəyyən hüquqlardan, məsələn, ölkəni tərk etmək hüququndan məhrum olması ilə nəticələnir”.
N.Cəfərli hesab edir ki, əgər vəziyyətlə bağlı hər hansı ciddi qərarlar verilməsə, problem qar uçqunu kim getdikcə artacaq və banklar da batacaq: “Əgər əhali kreditləri qaytara bilmirsə, bankların bunu aktiv kimi özündə saxlamağa ehtiyac yoxdur. Çünki bu, geri dönüşü mümkün olmayan aktivlərdir. O da faktdır ki, Mərkəzi Bankın bununla bağlı hər hansı planı yoxdur. Çünki vəsait çatışmazlığı var. Kreditlərin silinməsi xəbəri qulağa xoş gəlsə də, əhali tərəfindən xoş qarşılansa da, bunun bir əsası yoxdur. Kreditlərin silinməsi üçün ya dövlət büdcəsindən və ya Neft Fondundan müəyyən vəsait ayrılmalıdır, ya da Mərkəzi Bankdan. Hazırda ölkənin maliyyə durumunu nəzərə alsaq, bu qurumların heç birində belə bir addımın atılması nəzərdə tutulmayıb”.
Ekspertə görə, dövlət qurumları problemi görməzdən gəldiyi üçün problem daha da dərinləşir: “Halbuki problemli kreditlərin həlli ilə bağlı əvvəldən bir konsepsiya hazırlanmalı, bütün məsuliyyət 3 tərəfin arasında bölünməli, dövlət Mərkəzi Bankın iştirakı ilə məsuliyyəti banklar və vətəndaşlar arasında proporsional qaydada paylamalı idi. Bütün məsuliyyət vətəndaşın çiynində qalmamalı idi. Görünən odur ki, bu problem yaxın vaxtlarda da həllini tapmayacaq. Bu da problemli kreditlərin həcminin artmasından başqa heç nəyə xidmət etməyəcək. Nəticədə hökumət daha bahalı bir yükün altında qalacaq. Bir müddət sonra müəyyən addımların atılması qaçılmaz olacaq. Artıq problemin tam həlli üçün çox gecdir. Kreditlərin 1.05-lə qaytarılması təklif olunsa belə, bir çox vətəndaşların bu məzənnə ilə belə borcunu qaytarmağa imkanı yoxdur. Ona görə də artıq məzənnənin aşağı salınması ilə problemin həlli mümkün olmayacaq. Çox güman ki, borcların bir hissəsini ya Mərkəzi Bank, ya da dövlət öz üzərinə götürməyə məcbur olacaq, başqa çıxış yolu yoxdur. Ya ölkədə elə bir iqtisadi aktivlik olmalıdır ki, əhalinin gəlirləri külli miqdarda artsın. Çox təəssüf ki, yaxın gələcəkdə belə bir irəliləyiş gözlənilmir”. /musavat/
06.11.25, 10:53
Dik Çeyni İranın devrilməsi arzusunu qəbrə apardı 06.11.25, 10:14
Məxfi CIA zabitinin etirafları: Biz azlıqları təşkilatlandırırdıq ki, öz ölkələrində üsyana qalxsınlar 06.11.25, 10:08
Tramp: Dünəki seçkilər mənə ümidsiz etdi 06.11.25, 09:59
Hizbullah: İsrail yalnız güc dilini başa düşür 05.11.25, 13:08
Ayətullah Seyid Əli Xamenei İran və ABŞ arasında əməkdaşlıq şərtlərini açıqladı - Foto 05.11.25, 11:24
İsrailin hərbi sənayesi hakerlər tərəfindən ələ keçirilib 05.11.25, 11:05
Məmdani: Mən müsəlmanam və bunun üçün üzr istəmirəm 05.11.25, 10:57
Ənsarullah: Sionistlərlə hər cür ssenarisiyə hazırıq 05.11.25, 10:53
Nyu-Yorkun yeni meri: Netanyahu Nyu-Yorka ayaq basarsa... 05.11.25, 09:39
HƏMAS: Sionist rejimi Qəzzədə 190 dəfədən çox atəşkəsi pozub 05.11.25, 09:35
İran ivrit dilində televiziya kanalı açır 05.11.25, 09:22
New York Times: Trump hökuməti Venesuelaya hücum etmək üçün 3 ssenari nəzərdən keçirir 05.11.25, 09:18
İran: BMT Təhlükəsizlik Şurası ABŞ-ın nüvə silahları sınaq proqramını təcili şəkildə araşdırsın 05.11.25, 09:15
Tramp və Netanyahunun düşməni Nyu-York şəhərinin meri seçildi 04.11.25, 11:31
Trampın xarici siyasətdə diktatorluğu! 04.11.25, 10:01
Amerikalıların 63 faizi Trampı istəmir 04.11.25, 09:49
ABŞ Konqresinin üzvündən Trampa tənqid: Nigeriya, Venesuela və İranla müharibə aparmaq əvəzinə, Amerika xalqını düşün! 04.11.25, 09:46
İsrail mənbələri: Hizbullah daha güclü olub 04.11.25, 09:39
ABŞ-ın milli kəşfiyyat rəhbəri İsrailə səfər edib 03.11.25, 10:09
ABŞ-da əyləncə mərasimində atışma: 9 yaralı 1... 03.11.25, 10:00
Kolumbiya prezidenti: Qəzza dünyanın müqavimət paytaxtıdır 03.11.25, 09:47
Ənsarullah İsraillə birbaşa müharibəyə hazır olduğunu bəyan etdi 03.11.25, 09:27
İsrail ordusunun hərbi prokuroru itgin düşüb 03.11.25, 09:22
Süni intellektin gələcəyi nüvə enerjisinə söykənir! 03.11.25, 09:17
IYLEP, ABŞ-ın iraqlı gənclərə nüfuz yolu 02.11.25, 12:59
Yəlun: Smotriç və Ben-Gvir İsraili məhvə aparır 02.11.25, 12:53
İngiltərədə qatarda hücum - 9 nəfərin vəziyyəti ağırdır 02.11.25, 12:23
Ayətullah Xamenei: Həqiqətləri danışmasanız, düşmən zalımla məzlumun yerini dəyişəcək 02.11.25, 11:04
Rusiyadan minlərlə insan deportasiya edilir 02.11.25, 10:55
İsrailin təhlükəsizlik kameraları kiberhücumla sındırılıb 02.11.25, 10:52
Harrison Ford: Trampdan daha böyük cinayətkar tanımıram 02.11.25, 10:11
Rusiyanın ən sirli nüvə sualtı qayığı sınaq üçün suya buraxılıb 02.11.25, 09:54
"Hənzələ" hakerləri axtarışda olan 10 sionistin fotosunu yaydı 01.11.25, 12:06
Arıqlamağa kömək edən 8... 01.11.25, 11:52
UNIFIL: İsrail Livanla atəşkəs sazişini 9,400 dəfə pozub 01.11.25, 11:30
İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinin evi qarşısında sionist hərbçi özünü yandırıb 01.11.25, 11:24
Sionistlər öz hökumətlərini Amerikanın kuklası hesab edirlər 01.11.25, 11:22
Qrossi: İranın nüvə silahı proqramı yoxdur 01.11.25, 10:15
İlon Maskın atası: Əgər Rusiya Avropanı xilas etməsəydi, indi hamımız alman dilində danışardıq 01.11.25, 10:03
Qəzzada 20 min partlamamış bomba qalmaqdadır 01.11.25, 09:40
İraqda da “peycer” hücumları ola bilərmi? 30.10.25, 11:43
Ukraynalı 100 min gənc iki ay ərzində ölkədən qaçıb 30.10.25, 09:37
Tramp və Şi görüşü birgə bəyanat olmadan başa çatdı 30.10.25, 09:20
"Poseydon" qiyamət silahı sayıla bilər - Medvedyev 30.10.25, 09:19
İki şəhər mühasirəyə alındı - Putindən Zelenskiyə çağırış 30.10.25, 09:15
43 yaşlı qadın bıçaqlanıb 30.10.25, 09:13
Amerikalı jurnalistdən şok açıqlama: Tramp, 100 milyon dollar qarşılığında Qərb Sahilini İsrailə satıb 30.10.25, 08:50
Maduro Venesuelada bir CIA təxribatını aşkar etdiyini bildirdi 30.10.25, 08:49
Fransa Parlamentinin üzvü: Netanyahu terrorçudur 30.10.25, 08:46
Putindən sonra Tramp da nüvə silahlarının sınağına əmr verdi 29.10.25, 11:21
Maduronun qaçırılması planı uğursuz oldu 29.10.25, 11:08
İşğalçı İsrail ordusunda intiharlar davam edir 29.10.25, 11:04
Şimali Avropa ölkələrinin Rusiyadan götürülmüş əmlakların müsadirəsi barədə razılığı 29.10.25, 10:51
Cozef Aun: Hizbullahı güc ilə silahsızlandırmaq mümkün deyil 29.10.25, 10:12
ABŞ 90% həyatını müharibəyə həsr edib 29.10.25, 09:45
Təəssüf ki, üçüncü dəfə prezident ola bilmərəm 28.10.25, 11:10
Azadlıq - verilməli, alınmalı, yoxsa öyrənməli? 28.10.25, 10:34
Yeni edam üsulu ABŞ-da qalmaqal yaratdı 28.10.25, 09:52
Çinin İrandakı səfiri: Hər iki ölkə inanır ki, biz son yüz ildə bənzəri görülməyən böyük dəyişikliklərin astanasındayıq 28.10.25, 09:47
Avropa fəlakətli səhvə yol verir - Orban 28.10.25, 09:46
5500 ukraynalı hərbçi mühasirəyə düşdü - Puşilin 28.10.25, 09:25
Amerikalı analitik: Amerikalılar kağız pələngidir 28.10.25, 09:22
Əl-Həyyə: Çətinliklər səbəbindən İsrail əsirlərinin cəsədlərinin tapılması ciddi problemlərlə üz-üzədir 28.10.25, 09:06
Sionist Baş Ravvin təhdid etdi: Biz İsraili tərk edəcəyik 28.10.25, 09:01
Venesuelada "CIA" təşkilatının üzvləri həbs edilib 23.10.25, 10:20
Putin Rusiyanın Milli İnternetini təqdim etdi 23.10.25, 10:17
Ağ Evində təhlükəsizlik hadisəsi baş verib 23.10.25, 10:14
Rusiya nüvə strateji təlimlərinə Putin rəhbərliyi ilə başladı 23.10.25, 10:09
İranın kəşfiyyat naziri: 12 günlük müharibədə 50-dən çox kəşfiyyat xidməti İrana qarşı döyüşdə iştirak edib 23.10.25, 10:03
İsmail Qaani İraqa səfər edib 23.10.25, 09:54
Bir etiraf: Sionist rejiminin nazirlərinin mobil telefonları iranlı hackerlərin əlinə keçib 23.10.25, 09:44
Sionist mütəxəssisi: İsrail xalqı İranla müharibədən narahatdır, çünki zərərlər gözlənilənlərdən çox idi 23.10.25, 09:39
Maduro: ABŞ-a qarşı mübarizə aparmaq üçün 5 min...


