Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Bu günün hava proqnozu

Yanvarın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var.
Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir duman olacağı, bəzi yerlərdə zəif qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam isə şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam isə şərq rayonlarında yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava arabir yağıntılı olacaq, səhər dağlarda duman ehtimalı var.
Temperatur gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti təşkil edəcək.


5056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP