Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Bu günün hava proqnozu

Yanvarın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz
Yanvarın 9-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə duman olacağı, az qar yağacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-4° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
arabir yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti təşkil edəcək.


5054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP