Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Bir ay ərzində 190 dinc sakin öldürülüb

Terrorçular son bir ay ərzində Latakiya vilayətində 190 dinc sakini öldürüb, daha 200-ü əsir götürüblər

İslamazeri.az-ın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu iddia “Human Rights Watch” təşkilatının rəsmi saytında dərc olunmuş hesabatda öz əksini tapıb.

İnsan hüquqları müdafiəsi təşkilatının rəyinə əsasən, həmin cinayətlər arxasında aralarında “əl-Qaidə”yə tabe olanlar daxil olmaqla 20-dən çox qruplaşma dayanır. Onların sırasında “ən-Nüsrə Cəbhəsi” və “İraq və Şam İslam Dövləti” da qruplaşmaları vardır.

Bununla yanaşı vurğulanır ki, dinc sakinlərin öldürülməsində sözdə “Azad Suriya Ordusu”nun əlinin olması sual altındadır. Lakin ASO komandirlərindən birinin tabeliyində olan birləşmələrin Latakiyadakı əməliyyatda iştirak etdiklərini etiraf etdiyini əks etdirən video mövcuddur.

“Human Rights Watch” ekspetləri isə nədənsə Latakiya sakinləri ilə söhbətlərində ASO-nun təqsirini isbat edən şahidliklərə rast gəlmədiklərini iddia edirlər.


5871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP