Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2017

Azərbaycanda Azadlıq

















Azərbaycanda azadlıq
Çevik Polis Alayıdır,
Daxili qoşunlardır, Bandotdeldir.
Azadlıq Çovdarovun reketliyi,
Bir də sabiq nazirin
Sükutunun haqqıdır azadlıq.

Azadlıq -
Qüdrət Həsənquliyev üçün
Jalə şirələridir, Gilandır.
Fazil Mustafa üçün nurçuları qorumaq,
Bir də söymək,
Şiə xalqı söyməkdir azadlıq!

Azadlıq Azərbaycanda
Prokurora məchul kəlmə,
Hakimlərə mənasız şey.
Ömürlük məhbuslar üçün isə
Ən şirin sözdür azadlıq!

Bizdə azadlıq
“Atxod” deputatların sərsəm fikridir.
Milləti məhv edən zalım şeytanın
Qumar stolundakı təsbeh zikridir.
Bir də “qəhrəman” Zahid Orucun
Analoqsuz məddahlığı,
Quldur zümrəyə sonsuz eşqidir.

Azadlıq – sönməyən atəş,
Azadlıq – solmayan çiçək.
Bir də Tale Bağırzadənin gözlərindəki
Vulkandır, tufandır, seldir azadlıq!

Azadlıq altı da boş, üstü də boş meydandır.
Azadlıq ciblərdə oynayan siçandır.
Azadlıq işsiz xalqın, üşüyən xalqın
Yalnız pıçıltı haqqıdır.
Bir də şəhid anasının
Təhqir olunduğu zalım qapıdır.

Azadlıq məscidlərin minarəsi, günbəzi...
Bir də minbərlərdən gələn
Cılız məxluqların yaltaq sədası.
Bizdə azadlıq
Rüfət Səfərovun istefası,
Ardından 9 il həbs cəzası...

Bizdə azadlıq
Məmurların qızıl villalarıdır,
Villanın şəklini çəkmək yox.
Bir də Mehman Hüseynovu
Şərləmək, döyməkdir azadlıq!

Bizdə azadlıq
Jurnalisti öldürmək,
Şairi tutdurmaqdır.
Bir də nazir önündə
Susmaqdır, əzilməkdir, sınmaqdır.

Azərbaycanda azadlıq
Dindarlara divan tutmaq,
Otuz ruhanini, üç yüz mömini
Üst-üstə iki min il həbsə atdırmaq.
Bizdə işgəncədir, qandır azadlıq!
Kürdəxanı, Qobustandır azadlıq!

Cəsarət


6460 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP