02 Fevral 2017
İlham Əliyevə açıq məktub

Çünki biz vətəndaşı olduğumuz ölkəyə fərqli münasibət bəsləyirik.
Sizə görə bu ölkə ancaq hakim ola biləcəyiniz, mənə görəsə uğruna fədakarlıqlar edilə biləcək yerdi…
Cənab prezident!
Artıq illərdir ki, bu ölkəyə rəhbərlik edirsiniz. Demək illərdir ki, bu ölkədə baş verən hər hadisəyə görə məsuliyyəti də siz daşıyırsınız. Bir kasıb daxmada carəsiz bir ananın solmuş yanaqlarına süzülən göz yaşına, arzuladığı bir şeyə gözünü ucu ilə həsrətlə baxan uşağın içindəki nisgilə, ailəsinin yanında sınmış qürurunun acısını qaldıra bilməyib intihar edən atanın son anda içinə dolmuş qəhərinə, bir sözlə, bu ölkədə hər gün baş verən ədalətsizliklər, haqsızlıqlara görə…
Çünki bu baş verənlər fərdlərin adi yaşantılarının, psixolojik gərginliklərin ucbatından deyil, sizin başçılıq etdiyiniz ölkədəki sosial ədalətsizliklər, məmur özbaşınalığı, rüşvət və qanunsuzluqlar ucbatından baş verir.
Əslində, prezident olmaq bir böyük ailənin başcısı olmaqdır məndən ötürü… Amma cənab prezident, başcısı olmaq istədiyiniz bu ailə nə haldadır? Bu ailənin hər bir üzvü pərişandır, çarəsiz, gələcəyə inamı yoxdur və hər kəs ümidsizliyin uçurumuna yol alıb öz içində yıxılıb.
Bu gün yaşından asılı olmayaraq hər kəs bir şəkildə ömrünün yarpaq tökümünü yaşayır bu məmləkətdə…
***
Tolstoy da Nikaloya məktub yazanda onu deyil, ətrafındakılarını daha çox qınayıb Nikolaya belə onlardan özünü xilas edib beləcə, ölkəni də qurtarmağı tövsiyyə etmişdi. Mən bu “ətrafdakılar” yanaşmasında Tolstoyun səmimiyyətinə inanmadım doğrusu, məncə, yazar öləcəyini belə düşünsə də, tam cəsarət edə bilməmiş və Nikolayın özünə deyə bilmədiklərini bir şəkildə ətrafdakılara yükləməyə çalışmışdı. Amma qəribədir, bu gün Azərbaycanda da belə fikir yayğındır. Prezidentin ətrafındakılar ona hər şeyi düz demir.
Açığı mən buna inanmıram. Bəlkə çar Nikolaya nəyisə düz deməyə bilərdilər. Amma dünya indi çox kiçilib, bir kompüterin düyməsinə sığacaq qədər çox… Və siz rəhbəri olduğunuz ölkənin durumunu bilmək üçün sadəcə bir gündə 30 dəqiqənizi ayırıb mediyaya baxmanız kifayətdir.
Çünki o mediyada Azərbaycan adlı bir məmləkətin bütöv bir mənzərəsi var.
Cənab Prezident!
Biz az qala hər günü intihar xəbərləri ilə açırıq.
Bu ölkədəki iplər insan boğazına dolanacağı günü gözləyir. Bakıda milyonlar sərf edilərək tikilən, amma bir işə yaramayan o körpülərin “işə yarayacağı” zaman yetişib. Milyonlar xərcləndi və bu ölkədə 25 il ərzində ölüm körpüləri tikildi…
İndi yaşaya bilməyən insanların “nicat yerinə” çevrilib o körpülər…
Azərbaycanda doğulan körpələrin qulağına “xoş gəldin” demək çətindir. Hər doğulan körpənin başı üstündə sanki bir ölüm mələyi durub və ona “ölümə qənşər” pıçıldayır.
Çünki onlar dünyanın hansısa rahat, demokratik, azad ölkəsində deyil, ümidləri tükədən bir ölkənin vətəndaşı olaraq doğulurlar.
Bilirsizmi ki, azyaşlı uşaqlar atası ona məktəb çantası ala bilmədiyinə görə özünü asır?!
O körpənin boynuna dolanan ipin ölüm daşıyan uçu kimin əlindədir?!
Bilirsinizmi ki, 12 yaşlı bir oğlan ac olduğundan çörək oğurladığına görə qollarına qandal vurulub həbs olunub bu ölkədə?! İndi görəsən Azərbaycanın Jan Valjanı hardadır və onun qəzəblə yüklənmiş ruhunu xilas edəcək Yepiskop varmı bu ölkədə?
Bu ölkədə də yüklənmiş, kirlənmiş ruhları xilas edəcək din adamları vardı, amma nə yazıq ki, bu gün onların özü zindandadır və qəlblərindəki işığın, ümidin sönməməsi üçün mübarizə aparırlar.
İnsan aydın, azad təfəkkür sayəsində ədalətli olur. Sizin idarəcəlik etdiyiniz ölkədə bu gün ədalət yoxdur, çünki nə onu idarə edənlərin, nə də idarə olunanların aydın, azad təfəkkürü yoxdur. İdarə edənlərin orta çağ düşüncəsi idarə olunanları da bir şəkildə azad və aydın düşüncədən məhrum etdi. Ölkənin zülmət dönəmidir və bu gün zülmət, haqsızlıq və qorxu dolu indimiz keçmişimizə alqış edir. Hər kəs bir keçmiş həsrətindədir, çünki gələcəyə inam yoxdur.
Bu keçmiş sevdası bir ölkəni qaranlığa və məhvə sürükləyir. İnkişafı dayandırır.
Cünki aydın düşüncəni və azad təfəkkürü, cəsarəti təmsul edən kim varsa, həbsxanalarda gizlədilib.
Sizin rəhbərlik etdiyiniz dönəm Azərbaycanın heç də dediyiniz kimi, intibah dönəmi deyil, qanaqlıqlar dönəmidir. Bir vaxtlar Avropada din, Allah adına inkivizisiya tonqalları qalandığı kimi, indi də Azərbaycanda qanun və dövlətçilik adına zindanların qalın divarları dibsiz quyu kimi bu ölkənin işıqlı insanlarını udmaqdadır.
Bu gün Azərbaycan məhkəmələrinin hakimləri inkivizisiya dönəminin rahibləri rolunu oynayır. Işgəncələrlə alınan ifadələr, şərləmələr və sifarişli hökmlər… Mahiyyətdə bu gün rahib-hakimlər dara çəkilmiş ədalətin və qanunların üstündə olan bir iradənin, sizin təmsil etdiyiniz iqtidarın istəyini yerinə yetirir.
Qoy Tanrı özü hökmünü versin…
***
Hər zaman Azərbaycan ordusunun güclü olduğunu deyirsiniz.
Bu ölkənin ordusu dünyanın güclü ordusu yox, kabus dolu ordusudur. Analar daha öz ölkəsinin ordusuna güvənmir. Onlar övladlarını orduya deyil, ölüm düşərgəsinə gəndərdiklərinin fərqindədirlər, ümidləri də sizə deyil, Allahadır. Çünki siz onların acılarına sahib çıxmadınız, hətta bu ölümlərə etiraz edənləri də “anti-milli ünsür” adlandırıb həbs etdirdiniz.
Cənab Prezident!
Bu gün Azərbaycanda bir toplumun ayaqda qalmasını təmin edən iki şey, ədalət və ümid məhv edilib.
Ədalətin tələb olunduğu yerdə zorbalıq, ümidin doğmaq istədiyi andaca işgəncə meydana çıxır bu ölkədə…. Cəmiyyət başsız qalıb. Topluma inkişaf yolçuluğunda öndərlik edəcək dövlət bu gün vətəndaşı əzmək üçün sizin təmsil etdiyiniz iqtidarın əlində cəza aparatına çevrilib.
Yaltaqlıq cəmiyyəti məhvə sürükləyi və onun inanmaq, güvənmək istədiyi ziyalı-rahiblərin bir çoxu bütün mənəvi və əxlaqi dəyərləri qorxu ucbatından tərk edib. Qorxunun və ümidsizliyin yaratdığı məyusluq bu gün Azərbaycanda bütün dəyərləri çürütməkdədir.
Halbuki bu xalq sizin atanıza inandı.
Bu inama nə ilə cavab verildi?
O inama zorakılıqla, səmimiyyətə saxtakarlıqla, sədaqətə saxta əxlaqla, həqiqətəsə yalanla cavab verildi…
***
Bu gün Azərbaycan vətəndaşı demək, həm də siz deməkdir. Bu ölkəni siz təmsil etdiyiniz kimi, onlar da sizi təmsil edir.
Lütfən, heç olmasa bir dəfə bu ölkənin vətəndaşına başqa gözlə baxın. Onların acılarını, harayını hiss edin. O özünü asan yeniyetmənin, yanağındakı yaşı belə silməyə heyi olmayan ananın, özünü o ölüm körpülərinə təslim edən gənclərin, heysiyyatını, qadınlıq qürurunu bazara çıxaran qadınların, övladının gözünün içinə dik baxa bilməyən ataların gözü ilə baxın bu məmləkətə… Bir dəfə, heç olmasa bir anlığa bu ölkənin carəsiz qalmış insanının acısını hiss edin.
Dönüb İran sərhəddində (öz gömrükümüzdə) təhqir olunub aşağılanan vətəndaşınızın pərişanlığını seyr edin. İranın səhiyyəsindən nicat gözləyən Azərbayacan vətəndaşının ümidi öz ölkəsindən üzülmüş, burda ölüm daşıyan xəstəxanalardan qaçıb həyata sığınmaq üçün təhqir olunmağı gözə alır.
Bu xalq nə etdi və nəyin bədəlini ödəyir?
İnsanlar bu qədər böyük nifrəti haqq edəcək nə etdi axı?
Könüllərdə sevgi məbədi inşa edə bilmək mümkünkən olan məbədləri dağıtmaq nədən?!.
Söhbət heç də hansısa mücərrəd, müqəddəs məbədlərdən getmir. Təhsil məbədlərindən, bir ölkənin gələcəyinin təminatı olan məktəblərdən, universitetlərdən, səhiyyə, mədəniyyət, mənəviyyat məbədlərindən gedir.
Ölkənin məhv edilən təhsilindən gedir.
Bu ölkənin gələcəyi olan yeni nəsil kimlərinsə təhsildə aparmaq istədiyi səriştəsiz və səviyyəsiz təcrübələrin “təcrübə dovşanına” çevrilib.
***
Azərbaycanda ədalətsizliyə, qanunsuzluğa qarşı çıxmaq həbsxanaların qapısını döyməkdir. Sizin fəaliyyətiniz tənqid etməksə daha ciddi nəticələr verə bilir. Səmimiyyətimə inanın, özünü hər şür tənqiddən, ittihamdan qorumağın yolu qorxudan deyil, sevgidən keçir. Qorxu insani münasibətlərin ən aşağı formasıdır və Azərbaycanın prezidentinin öz vətəndaşı ilə qorxu və zorun deyil, sevgi və şəfqətin dili ilə danışması çox gözəl olardı.
Ölkədəsə qorxu mühiti hökm sürür.
Siyasi məhbus sayına görə bir azdan rekord qazanmış olacağıq.
Dini kəsimə tutulan divansa yəqin ki, ölkə tarixinin ən qaranlıq səhifələrindən biri olacaq.
Bu xalq dəmir qılıncın qarşısa taxta qılıncla çıxacaq qədər mərhəmətli idi. Savaş istəmədi, hər zaman sözə sığındı. Amma nə yazıq ki, bu gün aclıq və safələtlə, qanunsuzluqlarla xalqın qəzəbi daşa çəkilib itilənir.
Bunun fərqindəsiniz və son dönəmlər zülmün artması buna sübutdur.
Qoy olsun…
Həbslər, işgənclər davam etsin!
Zor və zalımlıqla birləşmiş güc ölkəyə qaranlıq vəd edir.
Qoy o zaman zindanlardan bu ölkəyə işıq yayılsın.
***
Əgər ölkələrin də ruhu varsa, Azərbaycanın ruhu qüruru qırılmış bir qadının ölüm sevdası ilə, gözü yaşlı körpənin qorxusundakı məsumiyyət, heysiyyatı tapdanmış kişinin acizlik qəzəbi ilə yüklü…
Bu qədər insanın haqqına girib bütü bunların məsuliyyəni tarix qarşısında qaldırmaq nə qədər çətin olacaq?!
Bir anlığa o müdrik yazarın, Tolstoyun dediyinə inanıb sizi ətrafınızdakıların belə bir məsuliyyətlə qarşı-qarşıya qoyduğunu deyim bəlkə? Əgər bir anlığa buna inanmış olsaydım tam qəti deyərdim ki sizin düşmənləriniz onlardır.
Düşməniniz müxalif düşüncəli insanlar, “anti-milli” ünsür adlandırdığınız gənclər, terrorçu elan edib bu gün ən ağır şəkildə cəzalandırmaq istədiyiniz dindarlar deyil. Düşməniniz ölkədə qurulmuş yalan siyasəti, yaltaqlıq, seçki saxtakalığı, rüşvətxorluq, qanunsuzluqdur.
Ən böyük düşməniniz bu gün ölkədəki sevgisizlik mühitidir.
Saxtakarlığa qarşı çıxmaq, riyakarlığın əleyhinə olmaq, yalanı, ədalətsiz məhkəməni inkar etmək, haqqa girməyi rədd etmək, bütün köhnə nə varsa onu dağıdıb yenisini, yeni düşüncəni və inamı, ümidi inşa etmək, din tacirlərini ifşa etmək, meşşan məmurları dəf etmək…
Bunlar Qurani –Kərimin dedikləri…
Sizin əl qoyub and içdiyiniz müqəddəs kitabın hökmləri…
O zaman əl basıb and içdiyiniz Kitabın davamçılarına niyə divan tutulur bu ölkədə?!
***
Hər bir insanın içində işıq da, zülmət də var. Biz hansını seçib nəyə üz tuturuqsa, bizim kimliyimizi, şəxsiyyətimizi də o təqdim edib formalaşdırır. Zülməti seçmək bizim ən sadə yanaşmamızda pisləri, işığı seçməksə, yaxşıları yaradır.
Klinik ölün keçirənlərin dediklərinə inansaq, insan bu dünyanı belə tərk edəndə ya zülmətdən, ya da işıq selindən keçir.
Demək,insan təkcə ömrünü deyil, ölümünü belə işıq və ya zülmətlə tamamlayır.
Əməllərimizə uyğun olaraq.
Demək bizi tərk etməyən , mahiyyətdə var edən iki şey var…
İşıq və zülmət…
Rəhmətə və ya lənətə götürən iki şey…
P.S
İnsanın içindəki işıq heç vaxt sönmür.
Buna ümid edirəm, inanıram.
Bu inamla da sizə bir gün “istəkli qardaşım” deyə müraciət edə biləcəyimə ümid etmək istəyirəm.
Lütfən, səmimiyyətimə inanın…
Çünki hər kəsin, ən başlıcasısa Azərbaycanın xilası bu işığa tutunmaqdan keçir.
Zümrüd Yağmur
Bakı, 2 fevral, 2017
Bakı, 2 fevral, 2017
25.01.21, 09:56
Bakıda 37 yaşlı kişi bıçaqlandı 25.01.21, 09:50
Vətən müharibəsində şəhid olan tabor komandirinin nəşi tapıldı 25.01.21, 09:47
Bakıda dəhşətli hadisə: Gənc qadın özünü binadan atdı - Foto 25.01.21, 09:23
25 yanvar və 5 noyabr "Daşaltı əməliyyatı": 29 ilin fərqi 25.01.21, 09:21
ABŞ-da 25 milyon insan koronavirusa yoluxdu 25.01.21, 09:19
Bir çox ölkələrin suverenliyi təhdid altındadır - Zaxarova 25.01.21, 09:18
Fransız jurnalistdən şok etiraf: Bu xalqa 1 əsr zülm etdik 25.01.21, 09:15
İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib. 24.01.21, 12:51
ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü 24.01.21, 10:28
Ərdəbildə Dünya Müsəlman Azərbaycanlıları Günü münasibətilə tədbir keçirildi-Fotolar 24.01.21, 08:38
Ömrü uzadan meyvə şirəsi 24.01.21, 08:27
Türk gəmisi qaçırıldı: azərbaycanlı öldürüldü 24.01.21, 08:23
Fransada hökumətə qarşı yenidən etiraz aksiyası keçirilib. 23.01.21, 08:56
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden 23.01.21, 08:47
Rusiya yeni "Niva" avtomobilini təqdim etdi... 23.01.21, 08:40
ABŞ-da bir gündə 2572 nəfər koronadan öldü 23.01.21, 08:23
Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi 23.01.21, 08:18
Bayden Trampın mühakimə olunacağından əmindir - Psaki 21.01.21, 11:22
Maduro: Venesuela Trampa qalib gəldi 21.01.21, 09:50
Azərbaycanda 3106 əkiz, 117 üçəm, 4 dördəm doğulub 21.01.21, 09:37
Pelosi Trampı "qatillərin ortağı" adlandırdı 21.01.21, 09:21
Cəlilabadda qar fəsadlar törədib 21.01.21, 09:17
Trampın Baydenə bir cümləlik məktubu - İnanılmaz 21.01.21, 09:14
Trampdan müəmmalı göstəriş: Övladlarımı qoruyun! 20.01.21, 09:37
ABŞ-da bir gündə 1606 nəfər koronadan öldü 20.01.21, 09:10
Qanlı yanvar: 31 il ötdü - Foto 20.01.21, 09:03
Putin buzlu suya girdi - Video 20.01.21, 09:02
Şuşaya qar yağır - Foto 19.01.21, 09:44
Şuşada şəhidlərimizin adından Xanım Zəhra (s.ə) ehsanı paylandı 19.01.21, 09:35
Ermənilərin hərəkəti vəhşilikdir - İranlı nazir 19.01.21, 09:33
Bakı və Tehran arasında saziş imzalandı 19.01.21, 09:27
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 19.01.21, 09:25
ABŞ-da 24,5 milyon insan koronaya yoluxdu 19.01.21, 09:23
Rusiyadan ABŞ-a: Bu, milləti mənəvi ölümə yaxınlaşdırır 19.01.21, 08:59
Amerikanın iki logistik konvoyu hücuma məruz qaldı 18.01.21, 09:32
ABŞ-da silahlı şəxslər parlamenti mühasirəyə aldı 18.01.21, 09:30
Ordudan qayıdan əsgər vəfat etdi 18.01.21, 09:29
ABŞ-da bir gündə 1490 nəfər koronadan öldü 18.01.21, 09:27
Zərifdən fransız nazirə: Cinayətkarları qorumağı dayandırın 18.01.21, 09:22
Suriyada 3 Türkiyə hərbçisi öldürülüb 17.01.21, 09:44
İran ballistik raketlərini sınaqdan keçirdi - Video 17.01.21, 09:17
Konqres binası önündə şok: bir silah və 500 güllə ilə... 17.01.21, 08:57
İmran Xan: Pompeonun İrana qarşı ittihamları 2024-cü il seçkilərində sionistlərin dəstəyini cəlb etmək üçündür 16.01.21, 10:27
ABŞ-ın səhiyyə naziri istefaya getdi 16.01.21, 09:29
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi 16.01.21, 09:27
ABŞ-da korona: 400 min ölü, 24 milyon yoluxma 16.01.21, 09:25
ABŞ-da işsizliyə görə müraciətlərin sayı rekorda qalxdı 16.01.21, 09:23
Bayden ABŞ-ı sazişə qaytara bilməyəcək - Rusiya 15.01.21, 15:41
Koronadan ölənlərə yer olmadı, Britaniya bunu etdi 15.01.21, 14:07
İtkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşdi 15.01.21, 14:06
Lavrov: ABŞ qab-qacaq dükanına girmiş fildir 15.01.21, 14:05
Zərif Lavrovla Moskvada görüşür: Qarabağ... 15.01.21, 13:00
Cəmadius-sani ayının üçü: Həzrət Zəhranın (ə) şəhadət günü 14.01.21, 12:11
Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıbMüdafiə Nazirliyindən açıqlama 14.01.21, 09:35
Dəniz inəyinin üzərinə "Tramp" yazdılar - Foto 14.01.21, 09:30
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb 14.01.21, 09:25
Trampın impiçmenti elan edildi 14.01.21, 09:07
Sionist rejimindən Suriyaya vəhşi hücum 13.01.21, 10:25
İtkin düşən daha bir əsgərin nəşi tapıldı 13.01.21, 10:00
Ordumuzun zabiti şəhid oldu 13.01.21, 09:52
İran İslam Respublikası Oman körfəzində təlimə başladı 13.01.21, 09:48
Zərif: Pompeo karyerasını acınacaqlı şəkildə bitirir 13.01.21, 09:47
Avropalı siyasətçilər Pompeo ilə görüşdən imtina etdi 13.01.21, 09:42
Lukaşenko: Həyat elə qısadır ki... 13.01.21, 09:41
Rusiya vaksin tədarükümüzü təhdid edir - ABŞ 12.01.21, 10:44
Bakıda gənc oğlan bıçaqlanıb 12.01.21, 09:27
İnsanın seçdiyi yol onun mahiyyətini dəyişir 12.01.21, 09:06
Bayden: Tramp dərhal postu tərk etməlidir 12.01.21, 09:03
ABŞ-ın 50 şəhərində silahlı... 12.01.21, 09:01
Belçikada azərbaycanlı itkin düşdü 11.01.21, 09:51
Dünyada koronaya yoluxanların sayı 90 milyona çatdı 11.01.21, 09:49
Corc Buşun bibisi qocalar evində koronadan öldü 11.01.21, 09:47
İran ABŞ-ın 54 bazasını yox edə bilər - General 10.01.21, 20:31
ABŞ-da atışma: 5 ölü, 2 yaralı 10.01.21, 20:29
Əl Tani Körfəz ölkələrini İranla dialoqa çağırdı 10.01.21, 20:27
Daha bir əsgərimiz intihar etdi 10.01.21, 20:21
Yəməndə Türkiyə istehsalı olan ikinci Karayel vuruldu - Foto 10.01.21, 09:23
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib 10.01.21, 09:17
Britaniyada koronavirusdan ölənlərin sayı 80 mini keçib 10.01.21, 09:15
Hərbi vəzifəli əsgər intihar edib 10.01.21, 09:10
Türkiyə ordusu itki verdi 10.01.21, 08:59
Demokratiya təcrübəmizi ABŞ-la bölüşə bilərik - CAR 09.01.21, 09:49
İraq Ali Məhkəməsi Trampın həbs edilməsinə dair hökm çıxardı 07.01.21, 13:06
NAMAZ MANEƏ TANIMIR - VİDEO 07.01.21, 13:01
BİZ HÜSEYN (Ə) DAVAMÇILARIYIQ - VİDEO 07.01.21, 09:29
Vətən Müharibəsi qazisi intihar etdi - FOTO 07.01.21, 09:14
Trampdan tərəfdarlarına: Gedin evə! 07.01.21, 09:13
Amerikalılar mühasirəyə alındı: 5 hərbçi öldürüldü 07.01.21, 09:09
Çin ABŞ-ı təhdid etdi: Lazımi cavabı verəcəyik 07.01.21, 09:06
Britaniyada sutkada koronavirusdan 1000-dən çox ölüm halı qeydə alınıb- Apreldən bəri ilk dəfə 07.01.21, 09:04
KONQRESDƏ ATIŞMA: bir qadın yaralandı, iclas dayandırıldı – Milli Qvardiyanın hərbçiləri hərəkətə keçdi + VİDEO/FOTO 07.01.21, 08:58
Biz istəmirik ki, bir səhər oyanaq və... - Səfir