Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Hava xəbəri verərkən soyunmağa nə ehtiyac var?

Geyimlə bağlı sərbəstlik o demək deyil ki, bal, gecə paltarı və ya fahişə libasında kimsə azyaşlı uşaqların qarşısına çıxmalıdır

Kənan Rövşənoğlu: Əgər məqsəd tamaşaçılara sabah havanın necə olacağı ilə bağlı xəbər verməkdirsə, bunu normal iş geyimində də etmək olar”

İdrak Abbasov: “Telekanallar ölkənin ictimai siyasi problemlərini efirə çıxara bilmirlər. Bu səbəbdən də biçarələr hər cür rəzilliyə əl atırlar, gic-gic, ucuz şou, musiqi verilişləri, müsabiqələri və sairə ilə seyrçi toplamaq istəyirlər”


Son zamanlar ölkə telekanallarının bəzi proqram aparıcılarının geyimində ciddi şəkildə açıq-saçıqlıq müşahidə edilir. Bu əsasən şou xarakterli və hava proqramlarında özünü daha çox göstərir. Mümkündür ki, bu məsələnin gündəmə gətirilməsi kimlərinsə xoşuna gəlməsin.

Lakin açıq-saçıq geyimdən istifadə edərək günün istənilən saatında ekran qarşısına çıxmaq az yaşlıların və yeniyetmələrin düşüncəsinə, mənəviyyatına, psixologiyasına xüsusilə əxlaqlarına ciddi təsir göstərir.

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Yeni Müsavat" qəzetinin əməkdaşı, köşə yazarı Kənan Rövşənoğlu və “Ayna -Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist İdrak Abbasov maraqlı fikirlər səsləndirdilər.

Kənan Rövşənoğlu bildirdi ki, bu cür hallar cəmiyyət tərəfindən ciddi şəkildə pislənməli və qınanmalıdır: “Əgər məqsəd tamaşaçılara sabah havanın necə olacağı ilə bağlı xəbər verməkdirsə, bunu normal iş geyimində də etmək olar. Məsələn BBC-nin hava məlumatını yaşlı bir kişi aparır. Yəni hava məlumatını mütləq gözəl cavan qızın, özü də açıq-saçıq geyimdə deməsinə gərək yoxdur. Bu daha çox insan bədəninin istismarıdır. Məsələn bir çox ölkələrdə hələ də təyyarələrdə stüardessa işinə cavan və yaraşıqlı xanım axtarırlar. Bu birinci növbədə insan haqlarına ziddir. Çünki işləmək istəyənlərin mütləq təyyarə şirkətinin tələblərinə uyğun gözəl olması o tələblərə cavab verməyənlər üçün ayrı seçkilikdir. Bu səbəbdən artıq bir çox ölkələr bu tələbdən imtina edib. Təəssüf ki, bizim kimi ölkələrdə isə hələ də qalır.”

Kənan bəy eyni halda telekanalları görməmişlikdə qınadı: “Düşünürəm ki, bu cür cavan xanımları məhz o geyimdə, özü də daha çox hava proqramlarına çıxarmaq telekanalların görməmişliyidir. Çünki hava proqramları adətən xüsusi aparıcılıq qabiliyyəti və ya jurnalist savadı tələb eləmir, TV-lər isə bunu bu şəkildə əvəz edirlər. Bu daha çox Qərbdə yayılmış reklam texnologiyasına uyğundur ki, onlar qadın gözəlliyindən öz məqsədləri üçün istifadə edirlər.”

İnsanların geyiminin müzakirə edilməsinin tərəfdarı olmadığını bildirən jurnalist İdrak Abbasov, ”lakin bu o demək deyil ki, bal, gecə paltarı və ya fahişə libasında kimsə azyaşlı uşaqların qarşısına çıxarılsın. Belə də, məni daha çox maraqlandıran aparıcının verdiyi məlumatdır. Əfsuslar olsun ki, telekanallarımız bədbəxt günündədir. Onlar ölkənin ictimai siyasi problemlərini efirə çıxara bilmirlər”, - deyə qeyd etdi: “Bu səbəbdən də biçarələr hər cür rəzilliyə əl atırlar, gic-gic, ucuz şou, musiqi verilişləri, müsabiqələri və sairə ilə seyrçi toplamaq istəyirlər.“


7407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP