Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

“əl-Qaida” Türkiyə-Suriya sərhəd-keçid məntəqəsini ələ keçirdi!

“Əl-Qaida” terror təşkilatı Türkiyə-Suriya sərhədində yerləşən Akçakale sərhəd-keçid məntəqəsini ələ keçirib. Təşkilat artıq məntəqənin Suriya hissəsinin ələ keçirildiyinə dair ilk görüntüləri sosial şəbəkələrdə yayımlayıb. Görüntülərdə “Əl-Qaida” terrorçusu əlində bayraq sərhəd-keçid məntəqəsində təsvir olunub.
Son məlumatlara görə, iki gün əvvələ kimi məntəqənin Suriyadan olan hissəsinə nəzarət edən Azad Suriya Ordusunun silahlıları “Əl-Qaida”ya məğlub olduqdan sonra silahları ataraq Türkiyəyə keçiblər. Üç gün davam edən döyüşlərdə ağır artilleriya qurğularından istifadə olunduğu, məntəqədəki gömrük binasına ciddi zərər dəydiyi bildirilir. Azad Suriya Ordusu birləşmələrinin sərhəd-keçid məntəqəsi uğrunda döyüşdə məğlub olmasının səbəbi sursatlarının tükənməsi olub. Onlar əvvəlcə Türkiyə ərazisinə silahlı keçmək istəsələr də, türk sərhədçilər buna icazə verməyiblər. Bundan sonra Bu səbəbdən müxalifət silahlıları dünən axşam saatlarında əllərindəki silahları ataraq Türkiyəyə qaçmağa məcbur qalıblar.
APA TV xəbəri verir ki, səhər saatlarında artıq Akçakalə sərhəd keçid məntəqəsinin Suriya tərəfində Azad Suriya Ordusuna məxsus bayraqlar endirilib, onların yerində “Əl-Qaida” bayraqları qaldırılıb. Türkiyə sərhəddə təhlükəsizlik tədbirlərini artırıb, səhər saatlarından etibarən əraziyə əlavə hərbi texnika cəmləşdirilir.





7622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP