Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2013

Kafeyə silahlı basqın: azərbaycanlı başından yaralandı

20 nəfərdən çox silahlı şəxs Moskvanın cənubunda yerləşən kafeyə hücum edib

Kriminal Oktyabrın 12-də naməlum şəxslər Moskvanın cənub-şərqində yerləşən "Körpü" kafesinə silahlı basqın ediblər.

Ans-in "İnterfaks"-a istinadən verdiyi xəbərə görə, 20 nəfər maskalı şəxs şəhərin "Borisovo" metrosu yaxınlığında yerləşən kafeyə girərək, avtomat silahlardan atəş açmağa başlayıblar.

Polisə ifadə verən şahidlər, basqın edənlərin xarici görünüşlərindən Qafqaz xalqlarına oxşadığını bildiriblər.

Onların dediyinə görə, maskalılar əvvəlcə kafedə yeyib-içən şəxslərə hücum edərək, onları vurmağa, stollatın üstündə olan qab-qacağı dağıtmağa başlayıblar. Sonra isə avtomat və tapançalardan ətrafa atəş açmağa başlayıblar. Açılan atəş nəticəsində milliyyətcə azərbaycanlı olan kafenin meneceri başından yaralanıb.

Ancaq onlar kafedə səs-küyün qalxdığını görən silahlılar aradan çıxıblar. Hadisə ilə bağlı Moskva polisi cinayət işi açıb və hücum edən şəxslərin həbs olunması üçün axtarış əməliyyatlarına başlayıb.


6381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP