Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2017

ABŞ rəsmisi: Rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər

ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Daxili təhlükəsizlik nazirliyinin kibertəhlükəsizlik və kommunikasiya bölməsinin rəsmisi Janet Manfra bəyan edib.

“Seçki ərəfəsində 21 ştatda seçkilərə aid sistemlərin hücuma məruz qalması ilə bağlı kifayət qədər dəlil-sübutumuz var”, deyə Senatın kəşfiyyat üzrə xüsusi komitəsində çıxış edən J.Manfra bildirib.

Ştatların adlarını çəkməyən nazirlik rəsmisi qeyd edib ki, həmin ştatların seçki orqanları kiberhucumlar barədə məlumatlı olub./apa/


2953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.12.21, 13:19
Vatsapda yeni funksiya
23.12.21, 10:00
Bakıya ilk qar yağdı
22.12.21, 11:30
Böyük çillə başladı
21.12.21, 10:29
Üzük hədiyyəsi - Video
Go to TOP