04 İyul 2017
Şadam ki, Allahın əmr etdiyini həyata keçirdiyim üçün həbs edilirəm - Şeyx Sərdarın məhkəmədə son sözü

Xəbər verdiyimiz kimi bu gün (iyul ayının 3-də) Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib.
Maide.Az xəbər verir ki, məhkəmə Anar Almuradlının sədrliyi ilə keçirilib və prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. S.Babayevə CM-in 168-1.3.1 maddəsi ilə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini deyən prokuror, ilahiyyatçının 4 il azadlıqdan məhrum edilməsini təklif edib.
Ardınca S.Babayevin vəkilləri çıxış edərək, onun günahsız həbsdə saxlandığını bildirib. Müdafiəçilər ilahiyyatçı haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Rəbbimin xidmətində olduğum üçün mühakimə olunuram
Məhkəmədə ruhani çıxış edərək ilk olaraq həbs edilməsindən danışıb: “Elə ki, ilk dəfə qandalı qoluma vurdular, başımı qaldırıb tam əminliklə, tam rahatlıqla bir şeir oxudum. Şeiri tərcümə etməmişdi. Mənə dedilər ki, səni 168-ci maddə ilə həbs edirik. Yəni xaricdə dini təhsil alan şəxsin dini ayinləri icra etməsinə görədir. Mən şad idim ki, dini ayin yerinə yetirdiyim üçün, məhz əqidəmin, imanımın, Allahımın mənə əmr etdiyini həyata keçirdiyim üçün həbs edilirəm. Rəbbimin mənə layiq bildiyi sahədə fəaliyyət göstərmişəm. Şeirin mənası budur:
“Mən kiməm ki, o dərin düşüncəndən keçmiş olam,
Lütf edirsən, astananın tozun başa tac sayaram”.
Bu gün burada, Masallı rayonunda, bu məhkəmə binası tikiləndən bu günə kimi yüzlərlə insan son söz deyib. Bu gün burada mən də mühakimə olunuramsa, bunu mənə Rəbbim layiq görüb ki, hər hansı cinayət üstündə deyil, onun xidmətində olduğum üçün mühakimə olunuram. Bunu mənə bəxş etdiyi üçün Allahıma dərin təşəkkürümü bildirirəm. Bu sözlərdən çox-çox artığını demək olar. Amma bu gün bu sözləri burada demirəm. Çünki Rəbbim mənə o sözləri xəlvətdə demək üçün icazə verir”.
Qardaşlıqdan, əzizlikdən əskik olmayasınız
Çıxışının davamında Şeyx Sərdar bu günə qədər məhkəmələrdə iştirak edənlərə təşəkkürünü bildirib. “Bu salonda iştirak edənlərə, bu günə qədər bütün zəhmət çəkənlərə təşəkkürümü bildirirəm. Zəhmət çəkmisiniz, vaxtınızı sərf etmisiniz. Bu bizim İslam dini, əqidə, qan qardaşlığımızın göstəricisidir. O zaman ki, rəhmətlik Şeyx Qələm axund vəfat etmişdi, qışın çox sərt vaxtı idi. Lerikdə bir məktəb direktoru var imiş, bu hər yerdə ateizm təlimini təbliğ edir, dinin, ruhanilərin əleyhinə sözlər yazırmış. Bu şəxs gəlir Lerikin dağ kəndində Şeyx Qələm axundun yas məclisinə. Görür ki, qarlı qışda, maşın getməyən yerə, zonanın bütün ruhaniləri toplaşıb. Üzünü tutur ruhanilərə deyir ki, 2 gün əvvəl bizimlə 40 il bir yerdə çalışan müəllim yoldaşımızı dəfn etdik. Cəmi 11 nəfər dəfndə iştirak edirdi. 40 il onunla bir yerdə işləyən müəllim yoldaşları dəfninə gəlməmişdi ki, hava soyuqdur. Amma siz bütün bölgələrdən bura yığışmısınız. Sizin aranızda olan bu həmrəylik, bu qardaşlıq alqışa layiqdir. Bu sizdə var, bizdə yoxdur. Ona görə də bir daha sizin əleyhinizə yazmayacam. Mənim din qardaşlarım ilk günlərdən bu gün kimi həmrəylik nümayiş etdirdi. Buna görə hər bizinizə təşəkkür edirəm, qardaşlıqdan, əzizlikdən əskik olmayasınız”.
Həzrət Zeynəb (s.ə) elə söz dedi ki, qiyamətə qədər dilimiz gödəkdir
Çıxışında Hacı Sərdar üzünü məhkəmə salonunda əyləşmiş anasına və ailəsinə tutaraq bunları dedi:
“Ana, xahiş edirəm heç zaman mənə görə göz yaşı tökmə. İmam Hüseyn (ə) Həzrət Zeynəbdən (s.ə) ayrılanda buyurur ki, “bacı, bizdən sonra elə et ki, bizim savabımızı azaltmayasan”. Xanım Zeynəb (s.ə) bu vəsiyyətə əməl edib, bütün müsibətlərin qarşısında elə bir söz dedi ki, tarixdə hər birimiz üçün örnək olacaq bir yol qoydu. Bəzən bizim dostlarımız da bizə deyir ki, xəstə adamsan, sənin üçün çətin olacaq. O dostlarımıza sözümüz budur: “O zaman ki, Həzrət Zeynəb (s.ə) İmam Hüseynin (ə) mübarək bədəninin yanına gəldi, elə bir söz dedi ki, qiyamətə qədər hər birimizin bu söz müqabilində dili gödəkdir. Buyurdu ki, Rəbbim bu kiçik qurbanı bizdən qəbul elə”. Odur ki, ana mənim həbs olunmağıma görə sıxılma. Hər zaman möhkəm olun. Bunu ailəmə, övladlarıma da demişəm, bütün din qardaşlarıma da deyirəm”.
İnanmıram ki, Avropada, Amerikada digər sivil ölkələrdə olan ən bacarıqlı vəkillərin iş məharəti sizdən artıq olsun
Şeyx Sərdar bu müddət ərzində onun hüquqlarını müdafiə edən vəkillərə təşəkkürünü bildirdi:
“Hörmətli vəkillər, sizə də təşəkkürümü bildirirəm. Siz məni bu məhkəmə ərzində müdafiə etmisiniz. Hüquq sahəsində bütün biliklərinizi ortaya qoymusunuz. Qənaətim budur ki, Azərbaycanda vəkillik sahəsi aşağı səviyyədədir. Amma çox sevinirəm ki, sizin kimi vəkillərimiz var ki, nəinki iş məharəti, hətta vicdani keyfiyyətləri yüksək səviyyədədir. Siz bu qədər məharətlə çoxlu sayda vəsatətlər qaldırdınız. Amma onları çox rahat şəkildə kənara atdılar. Bu sizin nöqsanınız deyil. İnanmıram ki, Avropada, Amerikada digər sivil ölkələrdə olan ən bacarıqlı vəkillərin iş məharəti sizdən artıq olsun”.
Əgər Kamalımızla, Kamilimiz budursa, Allah Qəşəmə ad qoyana rəhmət eləsin
“Cənab prokuror, siz bu maddəyə görə ən yüksək həddi tələb etdiniz. Amma çıxışınızda müəyyən məqamları xatırlatmaq istəyirəm. Siz ancaq dindirilmiş şahidlərin adını çəkdiniz. Onların kimliyi və şəxsiyyəti hər kəsə bəllidir. Mən İranda olanda çəkimin çoxluğu ilə əlaqədar olaraq bir həkimin kursuna yazılmağa getdim. Tək günlər həmin kursa arıq adamları qəbul edirdilər, cüt günlər kök adamları. Bunu bilmirdim. Mən gedəndə isə həftənin tək günü idi. Salona girəndə insanlardan gözümü çəkə bilmədim. Çünki gələnlər o qədər arıq idilər ki, hətta bir az qorxdum da. Adımı yazdırdım. Səhəri gün kök insanların qəbul günü idi. Bu dəfə də təəccübümü gizlədə bilmədim. Çünki orda gördüyüm insanlar o qədər kök idi ki, mən onların yanında arıq görünürdüm. Çünki o qədər kök idilər ki, hərəsi iki stula ancaq yerləşirdi. Bir fikir məni çox düşündürdü. Bu insanlarla eyni şəhərdə yaşayıram. Nə dünənkiləri, nə də bugünküləri heç vaxt görməmişdim. İndi burada elə insanları şahid olaraq gördüm ki, düşündüm görəsən bunlar bizim xalqın nümayəndəsidir? İstədim bu münasibətlə sizi təbrik edim ki, belə insanlar yetişdirə bilmisiniz. Amma bu müsbət bir iş olmadığı üçün etmədim. Burda o cavanlara heyfim gəldi ki, mənim üzümü bir dəfə də görməyib, amma üzümə yalançı şahidlik etdilər. Gələk rəsmi şəxslərə. İstər Kamalın, istər Kamilin, istər Qəşəmin ifadələri məni təəccübləndirdi. Bizdə dinimizdə bir qayda var ki, insana ad qoyanda yaxşı ad seçmək lazımdır. Kamal, Kamil sözünün mənası yetkinlik deməkdir. Amma bu insanlara baxanda düşündüm ki, əgər Kamalımızla, Kamilimiz budursa, Allah Qəşəmə ad qoyana rəhmət eləsin. O ki, qaldı mollanın izahatına bir misal var ki, “mollası gülüm olanın başına külüm olar”. O da 3 dəfə fikrini dəyişdi”.
Şeyx Sərdardan sərrast bir misal: Mən qartalam, işim də dağlardadır, metroda olmalı deyildim ki?
“Cənab prokuror yadınızdadırsa, bu işin lap əvvəllərində sizə bir tövsiyə etmişdim. Çünki inanıram ki, bizim tövsiyələrimiz eşidərsiniz. Eşitmişəm ki, buradan yeni vəzifəyə təyin ediləcəksiniz, Gəncəyə gedəcəksiniz. Bundan da yuxarı vəzifələr arzu edirəm. O tövsiyəni bir daha təkrar etmək istəyirəm. Siz o vaxt tez-tez “cinayət” sözünü təkrar edirdiniz. Sizə dedim ki, o şeyin ki, adını Allah Quranda ibadət qoyub, siz tez-tez ona cinayət deyirsiniz. Bu cürəti etməyin. Zənnimcə bunun haqqında düşünməyə dəyər. O ki, qaldı mənim “cinayətimə.” Mən din xadimiyəm, “Cümə namazı” qılmışam. Bir misal var. Deyir aşıq çıxmışdı bir dağın üstünə, gördü ki, bir qartal var. Tez sazın sinəsinə basıb oxudu ki, “qoca qartal nə gəzirsən, dağlar qoynunda-qoynunda”. Qartal dedi, aşıq bir dayan. Mən metroda olmalı deyiləm ki? Mən qartalam, işim də dağlardadır. İndi mən mollayam, din xadimiyəm. Bu mənim işimdir. Qədimdə komada bir şəxsin sağ olduğunu yoxlamaq üçün onun nəbzinə baxırdılar ki, hər hansı reaksiya var, ya yox? İndi cənab prokuror mənə 4 il iş istədi və həmin dəqiqə üzümə baxıb reaksiyamı yoxlamaq istəyirdi. Orada 4 il yox 40 il də desəydiniz mənim halımda zərrə qədər dəyişiklik olmayacaqdı. Çünki mən Rəbbimin qarşısında, vicdanımın qarşısında təmizəm və özümü çox gözəl hiss edirəm”.
Hakim istər təbiətin, istər fiziki cəhətdən, istərsə də digər şəxslər tərəfindən basqı altında olmamamlıdır
“Bu məhkəmənin birinci günündə mən üzümü cənab hakimə tutub belə demişdim ki, hər bir kəsin arxasındakı divarın hündürlüyü qədər onun kölgəsi görünür. Bu günə qədər bütün məhkəmələrdə verilən qərarlarda divar qaranlıqda olduğu üçün kölgəsi də olmayıb. Əgər bu məhkəmədə də belə olacaqsa, o zaman mənim danışmağımın bir mənası yoxdur. Yadınızdadırsa, demişdim ki, mən bir dinin təbliğatçısıyam ki, o din buyurur ki, hakim azad olmalıdır. Hətta Həzrət Əli (ə) buyurur ki, hakimin dayandığı yerə gün düşürsə o yerini dəyişməlidir. Səbəbi budur ki, təbiətin basqısı altındadır. Ola bilər ki, təbiətin bu basqısı onda obyektivliyi qorumamağa təsir göstərə bilər. Deyir əgər hakimin başmağı ayağını sıxırsa o hökm oxuya bilməz. Çünki başmaq ayağını sıxmaqla o fiziki basqı altında olur. Yaxud bir başqasının təsiri olarsa, o hökm çıxarmamalıdır. Bu üç istiqamət – istər təbiətin, istər fiziki, istərsə də digər bir fərdin təsiri olarsa, hakim üçün hökm çıxarmaq çətin olur. O zaman ki, əhli-sünnənin böyük alimlərimdən olan Əbu-Hənifə hiss elədi ki, ona qarşı təzyiqlər çoxdur qazilikdən, hakimlikdən imtina elədi. Onu çağırıb dedilər ki, sən qayıtmalı və işinə bərpa olmalısan. Dedi ki, mən artıq qocalmışam, hökmlər yadımda qalmır. Ona görə istəyirəm işdən uzaqlaşam. Təbii ki, ona inanmadılar. O zaman dedi ki, mən basqı altında olduğum üçün işləyə bilmirəm”.
Şeyx Sərdardan mükəmməl bir müqayisə: Qurani-Kərim bu məhkəmə prosesini bizə danışır
“Burda mənə qarşı edilən “şahidliklərin” yalan olduğu göz qabağında idi. Amma niyə buna baxmayaraq mənə hökm oxunur? Səbəbini sizə deyəm. Qurani Kərim bir məhkəmə prosesini nəql edir. Bu Həzrət Yusifin (ə) məhkəməsidir. Züleyxanın ona atdığı iftiraya qarşı Allah Həzrət Yusifi (ə) bir uşağın vasitəsi ilə müdafiə etdi. Uşaq Yusifin (ə) günahsız olduğuna şahidlik etdi. Artıq burada Yusifin (ə) günahsızlığı tam sübuta yetdi, lakin yenə zindana salındı. Qurani-Kərim bu məhkəmə prosesini bizə danışır. Odur ki, burada mən qəribə bir hal görmürəm.”
Şeyx Sərdarın çıxışında son nöqtə: Yuxuda görmüşdüm müstəqilliyi, sən demə mən hələ yatmamışam ki....
“Mən çox rahatam. Bir hadisəni xatırladım. Bir neçə il əvvəl müstəqillik günü idi. Bir nəfər məni təbrik elədi. Qələmi götürüb kiçik bir şer yazdım ki:
Mənə təbrik demə müstəqillik günü
Mən yazıq müstəqil olmamışam ki,
Özgələr yeyərdi neftin gəlirin
İndi özüm yeyib doymamışam ki,
Tapdardı dinini hər keçən dığa,
İndi gözüm üstə qoymamışam ki,
Sürgünə gedərdi xalqının oğlu,
Ona indi sahib çıxmamışam ki,
Ədalət adında bir arzum vardır,
Hələ də mən ona çatmamışam ki,
Yuxuda görmüşdüm müstəqilliyi,
Sən demə mən hələ yatmamışam ki.
Daha sonra qısa müşavirə elan edilib. Müşavirədən sonra hakim S.Babayevə 3 il həbs cəzası verilməsi haqda hökmü elan edib.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.
24.04.25, 11:36
Qrossi: İran nüvə danışıqlarında ciddidir 24.04.25, 11:33
Qəzzədə israilli əsirin yeni videosu yayıldı 24.04.25, 10:13
Qərb bu qurumu ləğv edib, “Asiya NATO-su” yaradır 24.04.25, 10:11
Kiyevə hava hücumu: 9 ölü, 70-dən çox yaralı 24.04.25, 10:01
Araq içən kişinin ürəyi partladı 24.04.25, 10:00
Zaxarovadan Sikorskiyə sərt cavab 24.04.25, 09:39
ABŞ-də 12 ştat Tramp administrasiyasını məhkəməyə verib 24.04.25, 09:36
İşğalçı İsrailin vəhşilikləri davam edir - 45 şəhid 23.04.25, 13:53
Qadın 75 yaşlı qadını öldürüb, quyuya atdı 23.04.25, 10:40
Rusiya idarə olunan artilleriya mərmilərinin istehsalını artırır 23.04.25, 08:54
Çinin qırıcı və döyüş gəmiləri Tayvana yaxınlaşıb 23.04.25, 08:50
Pentaqon rəhbəri cəzalandırılmalıdır 23.04.25, 08:45
İran-ABŞ texniki-ekspert görüşü şənbə günü keçiriləcək 23.04.25, 08:43
Yəmən Ordusu ABŞ-ın "Harri Truman" gəmisini vurdu 23.04.25, 08:41
İran, Çin və Türkiyə dənizdə sakitcə... 22.04.25, 11:46
Abşeronda 20 yaşlı oğlan intihar etdi 22.04.25, 11:43
Oğlunun ölümünə dözməyən ata... 22.04.25, 09:53
Macarıstan öz ərazisindən Qərb qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcək 22.04.25, 09:47
Rusiyada miqrantlar üçün daha bir tələb 22.04.25, 09:42
Ukrayna itkin düşən vətəndaşlarının sayını açıqladı 22.04.25, 09:39
Müdafiə şirkətləri Trampa görə ABŞ-dan imtina edir 22.04.25, 09:37
Bakıda partlayış: ölən var 21.04.25, 12:33
Bir ailə dəm qazından... - Ata, ana, 2 övlad... 21.04.25, 11:25
Tərtərdə yeniyetmə intihar edib 21.04.25, 11:23
İşğalçı İsrailin Qəzzada jurnalist qətliamında rekord qırdı 21.04.25, 11:21
Yəmənin Ali Siyasi Şurasının sədri: Biz ABŞ-ın təcavüzü və sionist rejimin cinayətləri qarşısında səssiz qalmayacağıq 21.04.25, 10:08
Elliott: Pentaqon tam bərbad vəziyyətdədir 21.04.25, 09:28
Zaxarova: Atəşkəsə Zelenski əməl etmədi! 20.04.25, 09:37
ABŞ-da Tramp əleyhinə kütləvi etirazlar: Fələstinə azadlıq... 20.04.25, 09:19
Çində 10G istifadəyə verildi 20.04.25, 09:02
“Müharibə” qızışır: Çin ABŞ-dan qaz idxalını tam dayandırdı 20.04.25, 09:00
ABŞ-la danışıqlar alınmasa... - Əraqçi 20.04.25, 08:55
Omanın Xarici İşlər naziri: İran-ABŞ danışıqları sürətlənir 20.04.25, 08:52
Abbas Əraqçi: ABŞ-la dolayı danışıqlar növbəti mərhələyə keçdi 20.04.25, 08:48
Rusiya və Ukrayna 246 hərbi əsiri mübadilə edib 20.04.25, 08:44
Daha bir azərbaycanlı Ukraynada həlak olub 19.04.25, 12:06
Əziz Rəhbərimizi ad günü münasibətilə təbrik edirik - Foto 19.04.25, 09:53
İtkin düşən şəxsin meyiti çirkab su arxında tapılıb 19.04.25, 09:35
Kanadada Atatürk diktatorlar siyahısına salındı 19.04.25, 09:26
Almaniyadan İmamoğluya görə Türkiyəyə ağır zərbə 19.04.25, 09:23
Vatsapda bu işarə varsa, mesajları başqası oxuyur 19.04.25, 09:02
ABŞ-Çin ticarət müharibəsi “Boeing”də böhrana səbəb olub 19.04.25, 09:00
Vəhşi İsrailin Qəzzada soyqrımı davam edir 19.04.25, 08:52
Yəmən Ordusu ABŞ-nin "Carl Vinson" aviadaşıyıcısını... 17.04.25, 11:07
Bayden: Tramp ailələrə bədbəxtlik gətirir 17.04.25, 10:56
Bakının mərkəzində maşından meyit tapıldı 17.04.25, 09:31
Polşa Fələstin dövlətini tanıdığını elan edib 17.04.25, 09:28
Bakıda həyat yoldaşını öldürən şəxs intihar edib 16.04.25, 13:54
Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi təsdiqləndi 16.04.25, 13:36
Təbriz əhalisi məzlum Qəzzə xalqına dəstək aksiyası keçirib 15.04.25, 11:33
Bakıda 18 yaşlı oğlan atasının silahı ilə özünü öldürdü 15.04.25, 11:17
Çin üzünü Avropaya tutdu: fəlakət yaşana bilər 14.04.25, 11:03
Yəmən Ordusu İsraili hipersəs raketi ilə vurdu 14.04.25, 10:47
General Məscidi: Hər hansı bir təhdid və ya təcavüz olarsa... 14.04.25, 08:58
Abşeronda 52 yaşlı kişi qətlə yetirildi 13.04.25, 21:28
Ali Məqamlı Rəhbər: İranın bədxahlarının qəzəbinin səbəbi İslam Respublikasının inkişafıdır 13.04.25, 11:14
Vəhşi işğalçı İsrail Qəzzədə sonuncu işlək xəstəxananı vurdu 13.04.25, 09:36
Nikolas Maduro Moskvaya səfərə gedir 13.04.25, 09:32
Əraqçi: İran və ABŞ arasında dolayı dialoq konstruktiv olub 13.04.25, 09:22
Abşeronda biznesmen özünü asdı 12.04.25, 10:34
ABŞ-da növbəti təyyarə qəzası 12.04.25, 08:39
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub 12.04.25, 08:33
Orban: "Ukrayna bizi Rusiya ilə müharibəyə sürükləyir" 12.04.25, 08:24
Hindistanda müxtəlif dinlərin ardıcılları Bəqinin dağıdılmasına qarşı sərt etiraz edib 10.04.25, 09:55
İşğalçı İsrail İranın raket və PUA imkanlarını etiraf edir 10.04.25, 09:49
Amerikanın 18-ci MQ-9 pilotsuz təyyarəsi Yəmən səmasında vurulub 10.04.25, 09:20
İşğalçı İsrailin 970 pilotu Qəzzədə vuruşmaqdan imtina... 10.04.25, 09:13
Ukrayna Ordusunda vuruşan daha bir azərbaycanlı... 09.04.25, 09:55
Rusiya Duması İranla Hərtərəfli Strateji Müqaviləni təsdiq etdi 09.04.25, 09:54
Medvedev: Amerika və onun müttəfiqləri dünyanı III Dünya Müharibəsinin astanasına çatdırıblar 09.04.25, 09:43
ABŞ-də atışma - 3 nəfər öldü 09.04.25, 09:40
ABŞ-dan şok: Çinə 104 faiz rüsum tətbiq etdi 08.04.25, 12:46
Dünya susduqca, daha çox fələstinli uşaq öldürülür 08.04.25, 11:02
Bakıda kişi özündən 12 yaş balaca xalası oğlunu öldürdü 08.04.25, 10:07
Növbəti qazimiz intihar edib 08.04.25, 10:00
Gəncədə 33 yaşlı şəxs intihar etdi 08.04.25, 09:29
Ukrayna ordusuna ağır zərbə: 85 ölü, 2 texnika... 08.04.25, 09:19
Çin Trampın ultimatumuna cavab verdi: Heç vaxt... 08.04.25, 09:08
Ağdaban faciəsindən 33 il ötür 07.04.25, 12:16
Naxçıvanda 39 yaşlı kişi intihar edib 07.04.25, 09:50
General-mayor Baqiri: Müharibəsevər deyilik, lakin zorakılığın qarşısında dayanacağıq 07.04.25, 09:48
"Ey ərəblər! Qiyamət günü Allaha nə cavab verəcəksiniz?" 07.04.25, 09:41
DSX hərbçisi minaya düşərək həlak oldu 07.04.25, 09:26
ABŞ-də bıçaqlı şəxs qızlara hücum etdi 06.04.25, 10:20
İsraillilər Təl-Əvivdə küçələrə axışdılar 06.04.25, 10:11
Putinin reytinqi açıqlandı - Rusların sevgisi artır 06.04.25, 09:54
Tramp və Maska qarşı aksiyalar başladı: 1400 mitinq olacaq 06.04.25, 09:46
Gəncədə 23 yaşlı gəncin boğazını...