Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

“Zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına icazə verməyəcəyik”

İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə köməkçisi Abbas Əraqçi jurnalistlərə açıqlamasında ölkənin Qərblə apardığı nüvə danışıqlarına toxunub.

“Media forum” saytının məlumatına görə, Abbas Əraqçi deyib ki, İran ölkədə zənginləşdirilmiş uranın xaricə köçürülməsinə razılıq verməyəcək: “Növbəti danışıqlar uranın həcmi və neçə faiz zənginləşdirilməsi mövzusunu əhatə edəcək. Lakin biz zənginləşdirilmiş uranın bir qramının belə ölkədən çıxarılmasına icazə verməyəcəyik. Bu bizim qırmızı xəttimizdir. Hesab edirik ki, bu maddə ölkədə qalmalıdır”.

İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasındakı növbəti danışıqlar oktyabrın 15-i və 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.


5786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP