14 Oktyabr 2013
Moskvada miqrantlar qorxu içindədir

Rusiya paytaxtının Cənub dairəsi, Qərbi Biryulevo rayonu... Oktyabrın 13-də kütləvi iğtişaşın baş verdiyi ərazidəyik. Ətrafda polislərə, yerli sakinlərə və əmək miqrantlarına rast gəlmək mümkündür. "Skinhed”lərin hücumuna baxmayaraq, miqrantlar öz işlərinə davam edirlər. Bura Moskvanın ən çox əmək miqrantının çalışdığı və məskunlaşdığı rayonlarından biri, bəlkə də birincisidir.
Olayların baş verdiyi məkan
"Biryuza” ticarət mərkəzi hadisələrdən dərhal sonra bağlanıb. Mərkəzin qapılarına kilid vurulub. Qapıda duran təhlükəsizlik xidmətinin əməkdaşları heç bir suala cavab vermirlər. Şahidlər deyir ki, bir gün öncə bir qrup "skinhed” ticarət mərkəzinə daxil olaraq irqçi şüarlar səsləndirib, daha sonra isə qarşılarına çıxan qeyri-slavyanlara hücum ediblər. Biryulevo sakini Sergey Maykov olayları dəhşət içində xatırlayır: "Biz qorxu içərisində yaşayırıq. Bu rayonda o qədər miqrant yaşayır ki, baş verənlərdə kimin günahkar olduğunu müəyyənləşdirmək çox çətindir. Oktyabrın 10-da bizim rayonun sakinini bir miqrant vəhşicəsində öldürüb. Sakinlər də həmin qatilin cəzalandırılmasını tələb ediblər. Gördüyünüz bu ticarət mərkəzinin qarşısında hər gün qarma-qarışıqlıq olur. Miqrantlar daha çox bura yığışırlar. Demək olar ki, hər gün burdan səs-küy və dava səsləri eşitmək olur”.
Hazırda rayon ərazisində və konkret olaraq iğtişaşın baş verdiyi ərazidə sakitlik hökm sürür. Dağıdılan dükanlar, küçələrdəki zibillər və aşırdılmış avtomobillər yığışdırılıb.
Qərbi Biryulevo sakini: "Bizim rayon kriminal içində boğulur”
Rayon sakini Yelena Vasilyevna hadisə baş verən vaxt ticarət mərkəzində olub: "Gənclərdən ibarət bir qrup şəxs miqrantlara hücum etdi və onları vəhşicəsinə döyməyə başladılar. Cəld hadisə yerindən uzaqlaşdım. Daha sonra baş verənləri televiziyada izlədim. Dəhşətdir. Bizim rayon kriminal içində boğulur. Axşam işdən evə qayıdanda buradan keçmək mümkün deyil. Küçəyə çıxmağa qorxuruq”.
İğtişaşa səbəb olan qətl
25 yaşlı İqor Şerbakov da bu rayonun sakini olub. Oktyabrın 10-da evinin qarşısında, nişanlısının yanında bir miqrant tərəfindən bıçaqla qətlə yetirilib. Moskva polisi artıq qatilin Rusiya vətəndaşı olmadığını təsdiqləyib. Qətl hadisəsindən sonra yüzlərlə rus millətçisi - "skinhed”lər qatilin tapılmamasına etiraz edərək Qərbi Biryulevoda kütləvi iğtişaş törədib. İ. Şerbakovla bir binada yaşayan Andrey bildirir ki, artıq cinayətin üstündən 4 gün keçib, qatil isə hələ tapılmayıb: "Biz qonşumuzu qətlə yetirənin tez bir zamanda tapılmasını və layiqli cəzasını almasını tələb edirik. Dünən etiraza qalxanlar arasında əksəriyyət Qərbi Biryulevonun sakinləri və İqor Şerbakovu tanıyanlar idi. Orada millətçilərin sayı az idi. Biz dinc etiraz aksiyası keçirmək istəyirdik. Kimlərsə bundan istifadə edib, aləmi qatdı bir-birinə... Biz artıq bezmişik. İqorun qətli rayon əhalisinin səbr kasasını daşırdı”.
Yerli sakin iğtişaş törədənlərə haqq qazandırdı
"Miqrantları döyənlər, avtomobilləri aşıranlar, ətrafa zərər verənlər bunu diqqət çəkmək üçün ediblər. Bizim başqa yolumuz yoxdur. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Lakin bir tədbir görülmür. Ona görə də diqqəti cəlb etmək üçün baş verənlərin olması qanunauyğun idi”.
İ. Şerbakovun öldürüldüyü yerə gül çələngləri düzülmüşdü və mərhumun fotosu qoyulmuşdu. Onu tanıyanlar, qonşuları və reportaj hazırlamağa gələn Rusiya jurnalistləri həmin yeri ziyarət edirdilər.
Tacik miqrant: "Qorxu içərisində yaşayırıq”
Tacikistandan olan miqrant Şaxnoz hər gün öz ölkələrinə deportasiya olunmalarını gözləməkdən bezdiklərini deyir: "Biz də qorxu içərisində yaşayırıq. Ölkədə nə baş verirsə, bizdən bilirlər. Cinayəti kimi törədib, onu tutsunlar və cəzalandırsınlar. Bizim nə günahımız var? Bir nəfərin badına hamını güdaza verirlər. Artıq bezmişik. Lakin neyləyəsən, çörək pulumuzu burdan qazanırıq”.
"OMON” "Pokrov” meyvə-tərəvəz bazasında reyd keçirir
Moskva xüsusi təyinatlı polisinin – "OMON”un reyd keçirdiyi "Pokrov” meyvə-tərəvəz bazasına yollandıq. Baza bağlanmışdı. Bütün piştaxtalar boş idi. "OMON” dəstələri bazada çalışan və ətrafda gözə dəyən bütün miqrantları yoxlayırdılar. Sənədləri yoxlanılan miqrantlar avtobuslara mindirilərək yaxınlıqdakı polis bölmələrinə aparılırdı.
Saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var
Moskva Cənub dairəsi Polis İdarəsinin əməkdaşı Marat Buqulov APA-ya açıqlamasında oktyabrın 10-da İ. Şerbakovu qətlə yetirən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri keçirdiklərini bildirib: "Bazarda müxtəlif millətlərin nümayəndələri olur. Bura cinayətkarın gizlənməsi üçün əlverişli məkandır. Bugünkü reyd zamanı saxlanılan şəxslərin barmaq izləri götürülərək onların məlum cinayət hadisəsində iştirak edib-etməməsi yoxlanılacaq. Sənədləri qaydasında olan miqrantlar sərbəst buraxılacaq, qaydasında olmayanlar barəsində isə müvafiq tədbirlər görüləcək”.
M. Buqulov saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru: "Ümid edirik ki, bazar tezliklə açılacaq”
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev də "Pokrov” bazasında çalışan həmyerlilərimizin taleyi ilə maraqlanmağa gəlmişdi. O, APA-ya açıqlamasında saxlanılanlar arasında azərbaycanlıların olduğunu təsdiqləyib: "Gördüyünüz kimi, bazar bağlanıb. Həm meyvə-tərəvəz bazası, həm də bazar qapalı elan olunub. Rusiya hüquq-mühafizə orqanları oktyabrın 10-da baş verən qətl hadisəsini törədən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri keçirirlər. Hər şey Rusiya qanunlarına uyğun aparılır. Bazarda çalışan həmyerlilərimizin sənədləri qaydasındadır. Saxlanılan şəxslər arasında həmyerlilərimiz də var. Lakin onların sayı çox azdır. Barmaq izləri götürüldükdən və onların məlum qətl hadisəsində iştirak edib-etmədikləri araşdırıldıqdan sonra bu şəxslər dərhal buraxılacaqlar. Sənədləri qaydasında olmayan həmyerlilərimiz barəsində isə tədbir görüləcək”.
İ. Hacıyev bildirib ki, "Pokrov” bazarının rəhbərliyi azərbaycanlıdır: "Bazar rəhbərliyi burada çalışan azərbaycanlıların sənədlərini qaydasına salmaq üçün əlindən gələni edib. Ümid edirik ki, həm meyvə-tərəvəz bazası, həm də bazar tezliklə açılacaq. Azərbaycanlı sahibkarlar tərəvəz məhsullarının tez xarab olmasından narahatdırlar”.
Qeyd edək ki, Rusiya rəhbərliyi paytaxtın Qərbi Biryulevo rayonunda baş verənləri nəzarətə götürüb. Prezident Vladimir Putin müvafiq göstərişlər verib. Cinayətkarın tapılması istiqamətində Rusiya hüquq-mühafizə orqanları geniş miqyaslı əməliyyat tədbirləri həyata keçirir.
17.07.25, 11:55
Sionist general: İsrail bu gün ən ağır vəziyyətindədir 17.07.25, 11:14
Colani: İsraillə müharibə niyyətimiz yoxdur 17.07.25, 11:02
Suriyada son toqquşmalar nəticəsində 356 nəfər həlak olub 17.07.25, 10:50
Kolumbiya prezidenti NTO-nu təhdid etdi 17.07.25, 10:00
Newsweek: İran NPT-dən çıxmaqla hədələdi 17.07.25, 09:40
Kreml xəbərdarlıq etdi: Rusiyanın Nüvə Doktrinası yerindədir 17.07.25, 09:35
Ərdoğanın əsas rəqibi həbs cəzasına məhkum edilib 17.07.25, 09:25
Lapid: Netanyahunun Nazirlər Kabinetinin legitimliyi yoxdur 17.07.25, 09:20
Ayətullah Seyid Əli İmam Xamenei: İlahi gücə arxalanaraq... 17.07.25, 09:09
"Maariv": İranın hücumu nəticəsində İsraildə yaranan dağıntıların miqyası açıqlanıb – 5 milyard şekel birbaşa ziyan 17.07.25, 09:03
İran “Tətik mexanizmi"nin aktivləşdirilməsinə qarşı həm diplomatik, həm də meydan imkanlarını səfərbər etməlidir 16.07.25, 13:18
İranın raket zərbələri İsraili rüsvayçı atəşkəsə məcbur etdi 16.07.25, 11:39
Qatil Netanyahu barəsində maliyyə korrupsiyası və vəzifədən sui-istifadə ittihamları ilə məhkəmə prosesi başladı 16.07.25, 10:22
ABŞ İranla birbaşa danışıqlar istəyir! 16.07.25, 10:15
Cəlili: Hazır olmalıyıq... 16.07.25, 09:56
Lavrov: Atom Agentliyi İranın nüvə proqramında hərbi məqsəd olduğuna dair heç bir sübut təqdim etməyib 16.07.25, 09:31
DUR HÜSEYN ZEYNƏBİN GƏLİB - VİDEO 16.07.25, 09:27
Ermənistandan Amerikanın Zəngəzur planına rədd cavabı 16.07.25, 09:08
Braziliya: ABŞ-nin daxili işlərimizə qarışmağa haqqı yoxdur 16.07.25, 08:00
Hicab – həm xanımlara, həm kişilərə aid anlayışdır 15.07.25, 13:04
Almaniya parlamentinin Tədqiqat Mərkəzi: Beynəlxalq hüquqşünaslar İsrailin İrana hücumunu sual altına alır 15.07.25, 12:54
İşğalçı İsrail ordusuna ağır zərbə – Tank vuruldu, ölənlər var! 15.07.25, 12:12
İranın Müdafiə naziri: İran atəşkəsə etibar etmir 15.07.25, 10:54
Ənsarullah hərəkatından Əbu-Dabi və Ər-Riyada xəbərdarlıq: Yəmənli sabiq nazirin qaçırılmasının acı nəticələri olacaq 15.07.25, 10:48
Heç bir ölkə İsrailin batan gəmisinə yardım etmədi 15.07.25, 10:12
İsrailli hərbi mütəxəssislər: İsrail ordusu müharibə yorğunluğu və tükənmənin ağır nəticələrini yaşayır 15.07.25, 09:55
Sionist mətbuat: İranla 12 günlük müharibə İsrail iqtisadiyyatını COVID dövrünə qaytardı 15.07.25, 09:52
Kreml sözçüsü: Almaniya yenidən təhlükəli bir ölkəyə çevrilib 15.07.25, 09:48
"Aqodat Yisrael" Partiyası İsrail hökumətindən ayrıldı 15.07.25, 09:24
Təhlükəsizlik iclasında gərginlik: Zamir Netanyahuyaya... 14.07.25, 10:13
ABŞ-da kilsədə ölümcül atışma olub 14.07.25, 10:01
İran raketlərinin Əl-Üdeyddəki Amerika bazasına dəqiq zərbəsi 14.07.25, 09:47
FSB-nin tapşırığı ilə polkovniki öldürən iki azərbaycanlı... 14.07.25, 09:18
On il müharibə aparmağa... - Aştiani 13.07.25, 12:28
Əl-Məyadin: İran Rusiyadan ölkə daxilində uranın zənginləşdirilməsini dayandırmaqla bağlı heç bir təklif almayıb 13.07.25, 12:20
Suriyanın Müvəqqəti Prezidentinin Azərbaycanda İsrail rəsmiləri ilə görüş ehtimalı artır 13.07.25, 12:18
İmam Hüseyn (ə) 13.07.25, 11:53
İsrailin keçmiş baş naziri Ehud Olmertin Kanal 13 studiyasında səsləndirdiyi sarsıdıcı etiraflar! 13.07.25, 11:49
Qətər: İranın iqtisadi obyektlərinin hədəf alınması regional və beynəlxalq fəlakətə səbəb olar 12.07.25, 14:04
İranın sionist rejimlə döyüşdə ağıllı hərbi taktikası 12.07.25, 13:22
Terrorrçu Colani Azərbaycana gəldi 12.07.25, 10:46
Kim Çenin təklifindən imtina üçün əsasımız yoxdur 12.07.25, 10:44
BBC-nin məcburi etirafı: ABŞ-nin Əl-Üdeyddəki bazasına 15 milyon dollarlıq ağır ziyan dəyib 12.07.25, 10:30
Əraqçi: Əgər dünya Srebrenitsa faciəsindən dərs alsaydı, bu gün Qəzzada soyqırımın şahidi olmazdıq 12.07.25, 09:40
Təəccübdən psixoloji çökməyə qədər - İran raketləri 10.07.25, 12:26
Frans 24-ün Təl-Əvivdəki müxbirinin rəvayəti: İran raketləri və israillilərin psixoloji çökməsi 10.07.25, 10:17
Ağdərədə 46 yaşlı kişi minaya düşdü 10.07.25, 09:50
Rusiya məğlub olmayacaq, çünki... - Orban 10.07.25, 09:48
Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam! 10.07.25, 09:35
Qəzza bataqlığında boğulan Netanyahu... - Liberman 10.07.25, 09:29
“X”in baş direktoru istefa verib 10.07.25, 09:27
Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib 09.07.25, 11:23
Sionistlərin yeni biabırçılığı: İsrail hava hücumundan müdafiə qüvvələrinin əsgərləri öz gənc yoldaşlarına cinsi təcavüz ediblər 09.07.25, 10:07
İsrail ordusunun generalından ifşa: Xalqı aldatmayın; Netanyahu bizi hərbi və iqtisadi dağılmaya aparır! 09.07.25, 09:46
ABŞ-də yaşayış binalarını güclü sel apardı 09.07.25, 09:32
Tramp yenə öz sevimli yelləncəyində yellənir - Medvedyev 09.07.25, 09:20
Ayətullah Xamenei: Amerikaya ölüm dedikdə... 09.07.25, 08:57
Moskvada növbəti “miqrant ovu” 08.07.25, 12:21
Ruslar bu vilayəti tam ələ keçirməyə yaxındır - NYT 08.07.25, 09:58
İlon Mask Trampı və onun hökumətini “təlxək” adlandırdı 08.07.25, 09:31
İran istəsə, onları məhv edə bilər, amma... - Roberts 08.07.25, 08:53
Rusiyalı milyarder Türkiyəyə qaçarkən hava limanında saxlanılıb - Təyyarəsi müsadirə edildi 07.07.25, 14:06
Braziliya Prezidenti: NATO silahlanma yarışını qızışdırır