12 May 2018
Qurban Cəbrayıl: "İRANIN VARLIĞI VƏ TƏRƏQQİSİ ABŞ-ı QORXUDUR"

“Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur…”
(Mirzə Ələkbər Sabir)
İki ay sonra İran İslam Respublikası ilə “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya, ABŞ arasında imzalanaraq 2015-ci il, iyulun 20-də BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş Hərtərəfli Birgə Fəaliyyət Planının 3 yaşı tamam olacaqdı…
Fəqət beynəlxalq sionizmin dəstəyi sayəsində okeanın o tayında hakimiyyətə yiyələnmiş Donald Tramp İsrailin təhriki ilə buna imkan vermədi… Başqa sözlə, cahana demokratiya dərsi keçərək özünü Yer üzündə sülh və əmin-amanlığın qarantı sayan ABŞ-ın çoxdan yırtılmış maskasının qopub düşməsi üçün 3 ildən də az vaxt bəs elədi.
İndi bu sətirləri yazarkən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin danışıqların aparıldığı iqamətgahın eyvanında sevinclə əlindəki müqavilə mətnini yelləməsi gözlərim önünə gəlir. O gecə qonşu ölkədə insanlar küçələrə çıxıb diplomatik uğuru bayram edir, mütərəqqi beynəlxalq ictimaiyyət qarşıda yeni perspektiv imkanlar açacaq, ən başlıcası isə gərginliyi azaldacaq sənədi alqışlayırdılar. Fəqət İslam Respublikasının tərəqqisini gözü götürməyən və nüvə razılaşması zəminində ləğv olunacaq sanksiyaların bu inkişafı daha da sürətləndirəcəyini həzm edə bilməyən, Şərqin nüfuz mərkəzinə siyasi qısqanclıqla yanaşan qüvvələr növbəti dəfə xəyanət yolu tutdular.
Əslində, Ağ Evin Tehranı, guya, terroru maliyyələşdirmə, uranı lazımi sentrofuqadan artıq zənginləşdirmə və sair addımlarla razılaşmanın müddəalarını pozmaqda suçlaması və nüvə sazişini yenidən nəzərdən keçirmək niyyəti Binyamin Netanyahunun yenicə inaqurasiya mərasimi keçirmiş Tarmpla ilk görüşündən sonra boy göstərməyə başlamışdı. ABŞ-İsrail cütlüyünün Səudiyyə kimi bəzi ərəb dövlətlərini təcavüzkar planlarına dəstəvuz edərək müsəlman aləminə qarşı səlib yürüşü 2017-ci ilin payızında Qüds məsələsi ilə pik nöqtəsinə çatdı. İrtica bütün cəbhəboyu hücuma keçmişdi: siyasi arenada Hərtərəfli Birgə Fəaliyyət Planını pozmağa yönəlik rüsvayçı bəhanələr; mənəvi sferada Allahın sonuncu dininə tapınanların ilk qibləsinin sionizmin paytaxtına çevirmək cəhdləri; hərb meydanlarında Suriya, İraq, Yəmən, Fələstin, Bəhreyn, Əfqanıstan, Myanma faciələri, İŞİD yerdəyişmələri, Kürdüstan xeyir-duaları və sair. Təl-Əvivdən körüklənən, Vaşinqtonda cilalanan bütün mənfur plan-proyektlər Tehrana münasibətdə “buraxılmış səhv”in təcili düzəldilməsinə hesablanmışdı və proseslər də həmin istiqamətdə gedirdi.
Məhz buna görə də hələ ötən ilin başlanğıcında Böyük Britaniya, Almaniya və Fransa nüvə proqramı ilə bağlı yeni razılaşmanın imzalanmasını, bu sənədə Hərtərəfli Birgə Fəaliyyət Planında əksini tapmayan bir sıra yeni elementlərin daxil edilməsini vacib saydılar. Təklif baş nazir Tereza Meyin kansler Angela Merkel və prezidenti Emmanuel Makronla telefon danışığının nəticəsi ilə bağlı yayılan bəyanatda da əksini tapmışdı. Qeyd edilirdi ki, tərəflər Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanılmasını, eyni zamanda yaranmış bir sıra problemlərin həlli üçün ABŞ-la birgə çalışmağı, müəyyən məsələlərin də daxil ediləcəyi yeni razılaşmanın imzalanmasını dəstəkləyirlər. Həmin məsələlər sırasında İranın raket proqramı və regionda “qeyri-stabilliyə yol açan fəaliyyəti” qeyd olunurdu.
Amma rəsmi Tehran təkliflə razılaşmadı və nüvə sazişinə yenidən baxılmasına lüzum görmədiyi barədə açıqlama verdi. Niyə? O deməkdirmi ki, məlum müqaviləni xilas etməyə çalışmırlar, elə sanksiyalar şəraitində yaşamaqdan məmnundurlar, yaxud bölgədə, dünyada sülhün, əminamanlığın bərqərarına tərəfdar deyillər?… Əsla, yox! Bəs, nə üçün? Bax, Qərbdəki çaxnaşmaların məhz bu sualın cavabı ilə aydınlaşdırılması, izahlanması mümkündür.
Məsələ ondadır ki, hələ 2015-ci ildə – nüvə müqaviləsinin imzalanması zamanı da amerikalıların səmimiliyinə, sözübütövlüyünə, mövqelərinin dəyişməyəcəyinə, üzünə gülüb kürəyinə bıçaq saplamayacaqlarına inanmayan və həmin düşüncələrini cəsarətlə açıqlayan şəxsiyyətlər, siyasətçilər vardı. Ali Rəhbər Seyid Əli Xamenei cənabları nüvə razılaşmasını dəyərləndirərkən böyük uzaqgörənliklə ölkəsinin xarici siyasət məsullarının böyük zəhmət çəkdiklərini, lakin birmənalı şəkildə ABŞ-a güvənmədiyini bəyan etmiş, sevinməyə tələsməməyi məsləhət görmüşdü. Mən qeydlərimdə İran hökumətini, xarici siyasət kursunu, Cavad Zərif komandasını sadəlövhlükdə, aldanışda suçlamaq fikrindən tamamilə uzağam, onlar ən azı “yalançını evinəcən qovarlar” prinsipindən faydalanmış, qarşı tərəfə əlavə bəhanə yeri qoymamışdılar. Üç il öncə atılan addım İslam Respublikasının dialoq və müzakirələrə hazırlığını, düncməqsədli nüvə sənayesini hər hansı təftişdən ötrü Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndələrinin üzünə açdığını, ancaq rəqiblərin dərdinin, sancısının heç də bununla əlaqədar olmadığını bir daha təsdiqləmişdi. Deməli, əgər mövcud soyuqluq, ögey münasibət, düşmənçilik barışa yönəlik addım və qərarlarla aradan qalxmırsa, normal vəziyyətdə özünə hörmət edən şəxsin yüngül və ucuz tutulmaqdan qaçması lazımdır. Cənab Makronun, xanım Meyin və Merkelin yuxarıda toxunduğumuz razılaşmanın yenidən nəzərdən keçirilməsi təklifləri müqabilində də İran tərəfi belə davrandı. Yəni, BMT-nin ratifikasiya etdiyi mötəbər sənədi tapdalamaqla beynəlxalq hüquq və konvensiyalara tüpürmüş Tramp, yaxud qeyri-Tramdan ötrü sonrakı düzəlişlərin nə önəmi vardı ki…? Uzağı 2 il 10 aydan həmin şərtlərin də “burunlanmayacağına” kim təminat verə bilər?
Şərtlər də nə şərtlər… “Raket proqramı və regionda qeyri-stabilliyə yol açan fəaliyyətin” məhdudlaşdırılması… Diqqət! Hər ikisindən sionizmin qoxusu gəlir – İsrail həmin raketlərlə Yer üzündən silinəcəyindən qorxur; İranın öz ərazisini Pentaqonun yaratdığı İŞİD-dən, Trampın vəkili Rudolf Culianinin İsveçdə görüşüb təlimatlandırdığı “Xalq mücahidləri”ndən, hər cür terrorçu tör-töküntülərdən, Suriyanı Qərb imperializmindən qoruması bölgədə qeyri-stabilliyə rəvac verirmiş… İslam İnqilabını Müdafiə (Sepah) qüvvələrini də ona görə “qara siyahı”ya salmağa çalışırlar. Komana qaranlıq çöksün, məni qınayan! Deyirlər, başına bomba yağdıraq, sən də əl-qolunu salla dayan, gözünü döy…
Donald Trampın müqavilədənçıxma qərarının formalaşdırdığı siyasi mənzərə də nə qədər haqsız olduğunun göstəricisidir: İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, sair 5-6 ölkə tərəfindən dəstəklənir, əleyhinə isə bütün planet… BMT, Avropa İttifaqı kimi nəhəg qurumlar, “qoca qitə”nin iri dövlətləri, dünyaca məşhur şəxsiyyətlər gülünc qərarı qınayırlar. Sabiq həmkarı Cimmi Karter “bu, Trampın buraxdığı ən ağır səhvdir, prezidentin imzaladığı müqavilə vəziyyət kəskin şəkildə dəyişmədiyi halda, onun bütün varisləri üçün məcburi olmalıdır” söyləyir.
Türkiyə XİN müqavilədən çıxmağa qərar verməsini bədbəxt addım kimi dəyərləndirib, cənab Ərdoğan sonucda ABŞ-ın uduzacağını vurğulayır.
İtaliya sazişin qorunmalı olduğu, regionda təhlükəsizliyə kömək etdiyi qənaətindədir.
Yaponiya müqaviləni bundan sonra da dəstəkləyəcəyini, əlaqədar ölkələrlə müzakirə aparılacağını bildirir…
Yəni, siyahını xeyli uzatmaq olar, amma çifayda? O, mason lojasının məsləhətinə əsasən Çinlə, Şimali Koreya ilə ixtilaflarını da İranla “haqq-hesabı çürütmək” üçün ertələyib, ləğv etməyib haaa, sadəcə, təxirə salıb… Və sonrakı peşmançılıqların köməyə çatmayacağı faciəli tale, Pol Pot, Səddam Hüseyn, Müəmmar Qəzzafi aqibəti gec-tez hamını – Kapitoli təpəsindəki dəyirmana su tökən Birləşmiş Ərəb Əmirliyini, Səudiyyəni, digər diktatura rejimlərini də gözləyir.
Bir neçə kəlmə də sözügedən üzüdönüklüyün ortaya çıxardığı məqamlar və nəticələri barədə danışaq. Təbii ki, Trampın qərarı prezident kimi özünün, ölkəsinin, idarə aparatının müstəqil deyil, İsrailin, sionizmin təsiri altında olduğunu göstərdi. ABŞ-ın iç üzünü açıb biabır etməklə yanaşı, beynəlxalq aktları da güclü zərbə altında qoydu; uluslararası qurumların fəaliyyəti gözdən düşdü, onlara qarşı bir şübhə, inamsızlıq, etibarsızlıq yarandı. İqtisadi cəhətdən çeşidli problemlərə yol açacağı gözlənilir, onsuz da ətalət, durğunluq girdabında çabalayan dünyada sıx işgüzar əlaqələrin qurulmasına ciddi əngəllər törədəcək. Əvvəlki sanksiyalar dövründə İrandakı xammal ehtiyatlarını marıtlayan, arzularını reallığa çevirməyə çalışan iri şirkətlərə, xüsusən Avropa ölkələri yenidən baryerlər, maneələrlə üzləşəcəklər.
Dünya jandarmının müxtəlif basqıları, qadağaları zəminində bölgə ölkələrinin İranla ikitərəfli münasibətlərin inkişafına marağın azalması mümkündür. Məsələn, Azərbaycan, İslam Respublikası ilə bir sıra regional layihələrdə işbirliyindədir. Müştərək dərman pereparatları, avtomobil istehsalımız mövcuddur, cənab Ruhani Xəzərdəki yataqların birgə işlənməsi təklifini səsləndirmişdi, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi üçün 500 milyon dollarlıq kredit də köçürülməli idi. Amma hələlik bədgümanlığı və pessimizmi çox yaxına buraxmayaq, çünki ağır zamanlarda belə, yasaqlara əhəmiyyət verilməyib. Hətta cənab İlham Əliyev İrana qarşı ərazimizdən plasdarm kimi istifadənin qeyri-mümkünlüyü barədə də mövqe bildirib.
Şübhəsiz ki, yenə də əsas ağırlıq mərkəzi İran dövlətinin və xalqının üzərinə düşəcək: banklar, neft şirkətləri, enerji sektoru, gəmiçilik, aviasiya, polad, kömür sənayesi, digər sahələrdə problemlər yaranacaq, sadə insanlar əziyyət çəkəcəklər və sair.
İndi sanksiyaların yaradacağı fəsadlar haqqında yazarkən imperializmin, mürtəce qüvvələrin başqa bir çirkin planı üstündən sükutla keçə bilmirəm. Bidiyiniz kimi, qədim dövlətçilik tarixi, İslamın təməlindəki Əhli-beyt məktəbi, yüksək müdafiə qabiliyyətli nizami ordu və döyüş təcrübəsi, başlıcası, vətənini sevən şəhidpərvər xalqa malik İranın kənardan təsir və hücumlarla süquta uğrayacağı real sayılmır. Belədə, xarici müdaxiləçilərin ən azğın niyyəti öz təbirlərincə, “daxili müxalifətin fəallaşdırılmasıdır”. Ancaq aşkar müdaxiləyə demokratiya görüntüsü verən bu müxalifət-zad boş şeydir və gözə kül üfürməkdən başqa bir şey deyil. Məqsəd ölkə daxilindəki sosial-iqtisadi durumu kritik, dözülməz şəraitə gətirib kütlələrdə narazılıq yaratmaq və onları hakimiyyətin üstünə qaldırmaqdır. Bir sözlə qonşu, qardaş müsəlman ölkəsini qarşıda mürəkkəb sınaqlar, çoxsaylı çətinliklər gözləyir.
17.07.25, 11:55
Sionist general: İsrail bu gün ən ağır vəziyyətindədir 17.07.25, 11:14
Colani: İsraillə müharibə niyyətimiz yoxdur 17.07.25, 11:02
Suriyada son toqquşmalar nəticəsində 356 nəfər həlak olub 17.07.25, 10:50
Kolumbiya prezidenti NTO-nu təhdid etdi 17.07.25, 10:00
Newsweek: İran NPT-dən çıxmaqla hədələdi 17.07.25, 09:40
Kreml xəbərdarlıq etdi: Rusiyanın Nüvə Doktrinası yerindədir 17.07.25, 09:35
Ərdoğanın əsas rəqibi həbs cəzasına məhkum edilib 17.07.25, 09:25
Lapid: Netanyahunun Nazirlər Kabinetinin legitimliyi yoxdur 17.07.25, 09:20
Ayətullah Seyid Əli İmam Xamenei: İlahi gücə arxalanaraq... 17.07.25, 09:09
"Maariv": İranın hücumu nəticəsində İsraildə yaranan dağıntıların miqyası açıqlanıb – 5 milyard şekel birbaşa ziyan 17.07.25, 09:03
İran “Tətik mexanizmi"nin aktivləşdirilməsinə qarşı həm diplomatik, həm də meydan imkanlarını səfərbər etməlidir 16.07.25, 13:18
İranın raket zərbələri İsraili rüsvayçı atəşkəsə məcbur etdi 16.07.25, 11:39
Qatil Netanyahu barəsində maliyyə korrupsiyası və vəzifədən sui-istifadə ittihamları ilə məhkəmə prosesi başladı 16.07.25, 10:22
ABŞ İranla birbaşa danışıqlar istəyir! 16.07.25, 10:15
Cəlili: Hazır olmalıyıq... 16.07.25, 09:56
Lavrov: Atom Agentliyi İranın nüvə proqramında hərbi məqsəd olduğuna dair heç bir sübut təqdim etməyib 16.07.25, 09:31
DUR HÜSEYN ZEYNƏBİN GƏLİB - VİDEO 16.07.25, 09:27
Ermənistandan Amerikanın Zəngəzur planına rədd cavabı 16.07.25, 09:08
Braziliya: ABŞ-nin daxili işlərimizə qarışmağa haqqı yoxdur 16.07.25, 08:00
Hicab – həm xanımlara, həm kişilərə aid anlayışdır 15.07.25, 13:04
Almaniya parlamentinin Tədqiqat Mərkəzi: Beynəlxalq hüquqşünaslar İsrailin İrana hücumunu sual altına alır 15.07.25, 12:54
İşğalçı İsrail ordusuna ağır zərbə – Tank vuruldu, ölənlər var! 15.07.25, 12:12
İranın Müdafiə naziri: İran atəşkəsə etibar etmir 15.07.25, 10:54
Ənsarullah hərəkatından Əbu-Dabi və Ər-Riyada xəbərdarlıq: Yəmənli sabiq nazirin qaçırılmasının acı nəticələri olacaq 15.07.25, 10:48
Heç bir ölkə İsrailin batan gəmisinə yardım etmədi 15.07.25, 10:12
İsrailli hərbi mütəxəssislər: İsrail ordusu müharibə yorğunluğu və tükənmənin ağır nəticələrini yaşayır 15.07.25, 09:55
Sionist mətbuat: İranla 12 günlük müharibə İsrail iqtisadiyyatını COVID dövrünə qaytardı 15.07.25, 09:52
Kreml sözçüsü: Almaniya yenidən təhlükəli bir ölkəyə çevrilib 15.07.25, 09:48
"Aqodat Yisrael" Partiyası İsrail hökumətindən ayrıldı 15.07.25, 09:24
Təhlükəsizlik iclasında gərginlik: Zamir Netanyahuyaya... 14.07.25, 10:13
ABŞ-da kilsədə ölümcül atışma olub 14.07.25, 10:01
İran raketlərinin Əl-Üdeyddəki Amerika bazasına dəqiq zərbəsi 14.07.25, 09:47
FSB-nin tapşırığı ilə polkovniki öldürən iki azərbaycanlı... 14.07.25, 09:18
On il müharibə aparmağa... - Aştiani 13.07.25, 12:28
Əl-Məyadin: İran Rusiyadan ölkə daxilində uranın zənginləşdirilməsini dayandırmaqla bağlı heç bir təklif almayıb 13.07.25, 12:20
Suriyanın Müvəqqəti Prezidentinin Azərbaycanda İsrail rəsmiləri ilə görüş ehtimalı artır 13.07.25, 12:18
İmam Hüseyn (ə) 13.07.25, 11:53
İsrailin keçmiş baş naziri Ehud Olmertin Kanal 13 studiyasında səsləndirdiyi sarsıdıcı etiraflar! 13.07.25, 11:49
Qətər: İranın iqtisadi obyektlərinin hədəf alınması regional və beynəlxalq fəlakətə səbəb olar 12.07.25, 14:04
İranın sionist rejimlə döyüşdə ağıllı hərbi taktikası 12.07.25, 13:22
Terrorrçu Colani Azərbaycana gəldi 12.07.25, 10:46
Kim Çenin təklifindən imtina üçün əsasımız yoxdur 12.07.25, 10:44
BBC-nin məcburi etirafı: ABŞ-nin Əl-Üdeyddəki bazasına 15 milyon dollarlıq ağır ziyan dəyib 12.07.25, 10:30
Əraqçi: Əgər dünya Srebrenitsa faciəsindən dərs alsaydı, bu gün Qəzzada soyqırımın şahidi olmazdıq 12.07.25, 09:40
Təəccübdən psixoloji çökməyə qədər - İran raketləri 10.07.25, 12:26
Frans 24-ün Təl-Əvivdəki müxbirinin rəvayəti: İran raketləri və israillilərin psixoloji çökməsi 10.07.25, 10:17
Ağdərədə 46 yaşlı kişi minaya düşdü 10.07.25, 09:50
Rusiya məğlub olmayacaq, çünki... - Orban 10.07.25, 09:48
Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam! 10.07.25, 09:35
Qəzza bataqlığında boğulan Netanyahu... - Liberman 10.07.25, 09:29
“X”in baş direktoru istefa verib 10.07.25, 09:27
Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib 09.07.25, 11:23
Sionistlərin yeni biabırçılığı: İsrail hava hücumundan müdafiə qüvvələrinin əsgərləri öz gənc yoldaşlarına cinsi təcavüz ediblər 09.07.25, 10:07
İsrail ordusunun generalından ifşa: Xalqı aldatmayın; Netanyahu bizi hərbi və iqtisadi dağılmaya aparır! 09.07.25, 09:46
ABŞ-də yaşayış binalarını güclü sel apardı 09.07.25, 09:32
Tramp yenə öz sevimli yelləncəyində yellənir - Medvedyev 09.07.25, 09:20
Ayətullah Xamenei: Amerikaya ölüm dedikdə... 09.07.25, 08:57
Moskvada növbəti “miqrant ovu” 08.07.25, 12:21
Ruslar bu vilayəti tam ələ keçirməyə yaxındır - NYT 08.07.25, 09:58
İlon Mask Trampı və onun hökumətini “təlxək” adlandırdı 08.07.25, 09:31
İran istəsə, onları məhv edə bilər, amma... - Roberts 08.07.25, 08:53
Rusiyalı milyarder Türkiyəyə qaçarkən hava limanında saxlanılıb - Təyyarəsi müsadirə edildi 07.07.25, 14:06
Braziliya Prezidenti: NATO silahlanma yarışını qızışdırır