Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2018

Ərəbistan Yəməndə xəstəxananı bombaladı

Yəmənin Səhiyyə Nazirliyi bəyanat yayaraq Ərəbistanın başçılığı ilə Yəmən əleyhinə təcavüzkar koalisiya qüvvələrinin Əl-Hudəydədə cərrahiyyə əməliyyatı otağına hücumunu pisləyərək, bu hərəkəti müharibə cinayəti adlandırıb.
Bəyanatda deyilir: “Bu hücum həkim kollektivinin dəhşətə gəlməsinə və xaricdən gəlmiş həkimlərin Hudəydənin ən böyük və bütün təcili yardımlar üçün müraciət olunan xəstəxanasını tərk etməsinə səbəb oldu.
Bütün bu hərəkətlər gecə-gündüz Hudəydədə humanitar vəziyyətə görə ağlayan, amma bu vəziyyətə səbəb olan hərbi koalisiyanın cinayətlərinə göz yuman dünya ölkələrinin və BMT-nin gözü qarşısında baş verir.”


3747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP