Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2018

Ərəbistan koalisiyasının 2 komandiri öldürüldü

“Əl-Aləm” televiziya kanalının verdiyi xəbərə görə, Yəmən qüvvələri Ərəbistan ordusunun Sudəysdə yerləşən qərargahını raketlə vurub. Nəticədə düşmənin bir ədəd BMP-si ekipajı ilə birlikdə məhv olub. Habelə Yəmən qüvvələri Əl-Məhaşimə məntəqəsində Ərəbistan ordusuna aid bir zirehli maşını onun sərnişinləri ilə birlikdə məhv edib.
Yəmən qüvvələri və xalq komitələri Məaribdə gedən döyüşlərdə Ali-Səud rejiminin muzduru qərargah rəisi general Əbduh Heydəri, Əl-Hudəydədə gedən döyüşlərdə ərəbistanlı general Əbud Əhməd Möhsin əl-Cəmali öldürüb.
Digər tərəfdən təcavüzkar Ərəbistan koalisiyası dünən günortadan sonra Əl-Hudəydə beynəlxalq hava limanını 25 dəfə bombalayıb. Əl-Hudəydənin Əl-Huk məntəqəsini iki dəfə və Əl-Səvrə xəstəxanasını bir dəfə bombalayıb. Nəticədə bir neçə nəfər dinc sakin şəhid olub.


2426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP