Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2018

Ərəbistanın Yəmən əhalisinə qarşı tükənməyən cinayətləri

“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, Ərəbistan qırıcıları Sədə əyalətində yaşayıb evlərini bombalayıb. Nəticədə 4 nəfər dinc sakin həlak olub və 6 nəfər yaralanıb.
Televiziya kanalının məlumatına əsasən, həlak olan və yaralananların hamısı bir ailənin üzvü olub, çoxu da qadın və uşaqlardan ibarətdir.
Ərəbistan 4-cü ildir ki, istefa vermiş və ölkədən qaçmış sabiq prezident Mənsur Hadini yenidən hakimiyyətə qaytaramq bəhanəsi ilə, əslində isə Yəmən torpaqlarını işğal etmək məqsədilə bu ölkənin əhalisinə qarşı təcavüzünü davam etdirir. İnqilab etmiş xalqın iradəsini qırmağa çalışan Ali-Səud rejimi 4 il ərzində yalnız dinc əhalini, ümumi məkanları, bazarları, əhalinin işıq, qaz kimi məişət ehtiyacını ödəyən infrastrukturlarını bombalayır. Cinayətkar Ərəbistan rejimi hətta qaçqın düşərgələrini də bombalamaqdan çəkinmir. İndiyədək Yəmənin ən azından 14 min dinc əhalisi Ərəbistanın cinayətlərinin qurbanı olub.


2322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP