Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2018

Ərəbistan qırıcılarının Yəməndə yaşayış evlərinə hücumu nəticəsində ölənlərin sayı artır

Ərəbistan rejimi qırıcılarının Yəmənin Amran şəhərində yaşayış evlərinə hücumu nəticəsində həlak olan və yaralananların sayı 28 nəfərə çatıb. Onların çoxu qadın və uşaqlardır.
“Əl-Məsirəh” televiziya kanalının verdiyi xəbərə görə, cinayətkar Ərəbistan qırıcıları bazar günü axşam saatlarında Amran şəhərinin Əl-Qişlə prospektində yaşayış mənzillərini 6 dəfə bombalayıb. Bu hücumda çoxu qadın və uşaqlar olmaqla 9 nəfər şəhid olub və 19 nəfər yaralanıb.
Ənsarullah Hərəkatının mətbuat katibi Məhəmməd Abdussalam Tvitter səhifəsində vurğulayıb ki, BMT və imperialist dövlətlərin sükutu sayəsində Ərəbistan təcavüzkarlarının bəşəriyyət əleyhinə vəhşiliyi artmışdır.
Mətbuat katibi həmçinin yazıb: “Ərəbistanın bu cinayətləri bizim müqavimətimizi və gücümüzü daha da artıracaq.”


2747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP