Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2018

Yəmən ordusu xarici şirkətlərə xəbərdarlıq etdi: Dubay və Əbu Dabidən çıxın

“Ən-Nəşrəh” informasiya mərkəzinin verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Şərəf Loğman təcavüzkarların qərb sahilində əməliyyatları dayandırması barədə xəbərləri təkzib edərək deyib: “Təcavüzkarlar irəliləmək gücünə malik deyil.”
Şərəf Loğman təcavüzkarların Durayhimi, Əl-Cah və Əl-Fazə bölgələrində mühasirəyə alındığını bildirib.
Yəmən ordusunun mətbuat katibi vurğulayıb: “Yəmən raketləri və dronları BƏƏ və Ərəbistanın hər yerini vurmağa qadirdir. Yəmən minlərlə yerli raketə sahibdir.”
Ş. Loğman Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərindəki xarici şirkətlərə də xəbərdarlıq edərək deyib: “Əbu Dabi və Dubay Yəmən qüvvələrinin atəşindən amanda deyil.”


3267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP