17 Dekabr 2018
Doğrudan axı, Tofiq Qasımov nə istəyirdi?!

Bir də var cəmiyyətlərin söz, fikir yaddaşı. Bu mənada ikinci müstəqillik dövrünün bəzi əbədiləşib, yaddaşlara çökmüş sözləri, fikirləri maraq doğurur. Xüsusən də bu söz və ya fikirləri demiş, ifadə etmiş şəxslərin timsalında.
Həm həmin şəxslərin şəxsiyyətinin analizi baxımdan, həm də onların təmsil etdiyi dəyərləri, firqə və hakimiyyətləri anlayıb, dərk etmək istəyəndə, bir sıra hallarda isə qarşılaşdırıb, müqayisəli paralellər aparanda maraqlı məqamlar ortaya çıxır. Məsələn, Azərbaycan Xalq Cəhbəsi (AXC) hakimiyyətinin müdafiə nazirinin (Rəhim Qazıyev) adına yazılan belə bir söz var: “Şuşa getsə (yəni, ermənilər tərəfindən alınsa), başıma bir güllə çaxacam!” Hərçənd, onun bu fikri, doğrudan da, söyləyib-söyləməməsi ilə bağlı indinin özündə belə mübahisələr davam edir, başqa sözlə desək, tam səhih deyil, əlimizin altında olan tarixi mənbələr bununla bağlı birmənalı məlumat vermir. Yaxud tamamilə başqa bir hakimiyyəti təmsil edən, daha doğrusu, bu hakimiyyətin təməllərini atıb, bünövrəsini qoymuş şəxsin (Heydər Əliyevin) söylədiyinə heç kimin şəkk-şübhə etmədiyi, dillər əzbəri olan bir ifadəsi var: “Nə istiyirsiniz, Tofiq Qasımov?!” (AXC hakimiyyətinin xarici işlər naziri).
Belə nümunələr elə də çox deyil, yəni, axtarsaq başqa sözləri və ya fikirləri də tapa və misal gətirə bilərik. Deyək ki, əbədiləşməyə iddialı “bəlkə bir az yavaşlayaq?” (İlham Əliyev), yaxud “sərhədləri bağlayırsan, Qarabağ problemi həll olunur” (Əbülfəz Elçibəy) fikirləri kimi.
Ancaq indi mövzu bu söz və ya fikirlərin statistikasını aparıb, siyahısını tutmaq deyil, belə fikirlərin deyilib-deyilməməsindən daha çox onun ictimai yaddaşda özünə yer eləməsi, nəticədə əbədiləşməsi və bunun görünməz səbəbləridir. Niyə məhz bu sözlər, fikirlər qalıcı oldu? Hansı mötəbər səbəblərdən ictimai yaddaş məhz bu sözləri özünə hopdurub, qoruyub tarixdə saxladı? Bu əbədiləşmənin dərinə gedən, əlahiddə səbəbləri varmı, əgər varsa, onlar hansılardır?
***
Cəmiyyət, vahid orqanizm kimi hərəkət edəndə, onun mütəşəkkil, sinxron davranışı ortaya çıxır. Axı niyə, AXC hakimiyyətinin müdafiə nazirinə hələ doğru və yaxud yalan olduğunu dəqiqləşdirə bilmədiyimiz, bir az panika, bir az da şayiə şəklində yayılıb, istinad edilən söz cəmiyyətin yaddaşına belə dəqiqliklə köçüb, orda özünə əbədi yer elədi? Axı, heç Şuşa işğal olunanda, AXC doğru-dürüst hakimiyyətə də gəlməmişdi.
Toplumun şüuraltı münasibət tərzi əksərən sərrast və fenomenal olur. O, bununla çox mürəkkəb hadisələrə əsl, layiq olduğu qiyməti verib, onları vaxtından çox-çox əvvəl yerbəyer edir və burda zidiyyət doğuranı da odur ki, toplumun hazırlıq səviyyəsi, ümumi təfəkkür stili o qədər də həlledici rol oynamır. “Şuşa getsə, başıma bir güllə çaxacam!” qanadlı ifadəsi də bu mənada nümunəvi tematikadır.
Azərbaycan cəmiyyəti özünü ona fərqli, başqa bir dəyərlərin (üstün, proqressiv dəyərlərin) daşıyıcısı kimi təqdim edən bir qüvvənin təmsilçisinin torpağının bir parçasının (özü də necə bir parçasının!) düşmənə təhvil verilməsində hansısa rolunu, heç cür qəbul edə, həzm edə bilmir, yox, bununla bağlı azacıq şübhəyə düşəndə, tərəddüd edəndə və bütün bu şübhələrə bir balaca əsaslar yarananda, qəzəb və hikkəylə dolub-daşır, hətta belə bir fikrin deyilib-deyilməməsindən asılı olmayaraq, həmin fikrə əgər yoxdursa, müəllif verməklə, üstəlik ömür tanımaqla, əbədiləşdirib, o adamdan, onun təmsil etdiyi qüvvələrdən qisasını alır. Yoxsa, Şuşanın verilməsinə görə, bir adamın, hətta həmin adam lap xeyli yüksək vəzifə tutsa belə, başına güllə çaxıb-çaxmamasının cəmiyyətə hansı isti-soyuğu var? Bu anonsda ictimai müzakirəyə layiq hansı diqqətəlayiq əlamətlər var ki? Azərbaycan cəmiyyətinin Qazıyevdən güllə xarakirisi gözləntisimi vardı? Bu ki, bir kişinin qürur məsələsindən başqa bir şeyi deyil! Yəni, burda söz verib, sözünü tutmayan birinin əməli çək-çevir edilmir. Nə çox, belə ictimai söz verib, sözünü pozanlar, əhd verib, əhdini unudanlar. Özü də daha ağır nəticəli. Ona qalsa, uzun və qara bir siyahı ortaya çıxar. Bu, daha çox, inanan və dəyərləndirən bir toplumun yanılmasının məğzi deyilmi?!
Cəmiyyət əbədiləşdirməklə, əbədiləşdirilən sözə, fikrə, məzmuna, bu sözün, fikrin sahibinə, həmçinin onun təmsil etdiyi dəyərlərə, firqəyə, hakimiyyətə həqiqi, əsl, tərtəmiz, hiylədən uzaq, real münasibətini ifadə edir. “Şuşa və başa çaxılan güllə” mövzusunda, bu, təxminən belə görünür: Mən sənə inanırdım, sən isə müqəddəsatı ya işğala təslim etdin, ya bu işğalda hansısa rol oynadın, yox, hətta bunların heç biri olmayıbsa belə, bu işğala susub, dözüb, sakit dayandın. Hələ üstəlik başına güllə də çaxmadın! Həm də deyilənə görə, buna söz də vermişdin!
Doğrudan axı, Tofiq Qasımov nə istəyirdi?! 93-ün isti yayının ağılsız hay-küyündə və inanılmaz başıpozuqluğunda bu sual qapının ağzını kəsmiş bütün real, təhdidedici bəlalardan daha aktual və diri təsir başlayırdı.
Cəmiyyət də bu lirik ricəti ifadə edənin ardınca və həm də ona qoşulub, sanki birlikdə düşünürdü: Axı, bu ağ və nisbətən uzunsaçlı kişi, ətrafdan kəskin fərqlənən arıq, ortaboylu fizik və (keçmiş) xarici işlər naziri, daima hansısa hüquqlardan danışan qəribə və yad idealist görəsən nə istəyir?
“Nə istiyirsiniz, Tofiq Qasımov?!” əbədiləşməsi onu dilə gətirən təmsilçisinin timsalında yeni hakimiyyətin nüvəsinə, mahiyyətinə eyham edirdi.
O hakimiyyət ki, orda, özünə heç nə istəməyən, ancaq elə-hey nəyinsə, hansısa dəyərlərinsə davasını döyən adamın hərəkətləri təbii anlaşılmazlıq və nigarançılıq doğururdu. Başqa tərəfdən, yeni təsis edilən siyasi münasibətlərdə bu anlaşılmazlıq dövrünün daha başa çatdığı, bağlandığı elan olunurdu, daha belə şeylərin keçməyəcəyinə, belə sadəlövh, amma inadkar əlləşmələrin qara köpük qədər də dəyərinin olmadığına ötkəm şəkildə son verilirdi. Məhz buna görə, “Nə istiyirsiniz, Tofiq Qasımov?!” müstəqillik tarixinin ən məşhur zərbi-məsəlinə çevrildi.
Cəmiyyətlər o sözləri yadda saxlayıb, daxılına atır ki, bunlar onun əsl münasibətilə bağlıdır. Ola bilsin ki, o, üzdə tamam fərliqidir, tamam özgə münasibət sərgiləyir (necə ki belədir), amma siz onun baş verənlərə əsl münasibətini bilmək istəyirsinizsə, əbədiləşdirildiyi, zərbi-məsələ çevirdiyi sözlərə, fikirlərə diqqət yetirin! Elə məhz buna görə “söz”, “fikir” deyib də üstündən keçməyin. Cəmiyyətlərin əbədiləşdirdiyi söz və fikirlərin annotasiyasında incə mətləblər, ona yüklənmiş dərin və çoxqatlı mənalar gizlənib.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.
21.04.21, 11:32
Bakıda binanın damında gənc qız meyiti aşkarlanıb 21.04.21, 09:17
"WhatsApp"da daha bir dələduzluq ortaya çıxdı 21.04.21, 09:12
Rusiya bolqarıstanlı diplomatlara 72 saat vaxt verdi 21.04.21, 09:11
Nyu Yorkda supermarketdə atışma: ölən var 21.04.21, 09:01
Suriyada terrorçu qruplar arasında toqquşma 20.04.21, 12:01
5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi 20.04.21, 10:23
İdman Akademiyasının tələbəsi intihar etdi 20.04.21, 10:18
“Koronavirus bu yolla yayılıb” – Jirinovskidən qalmaqallı iddia 20.04.21, 10:15
Rusiya qırıcıları 200 terrorçunu məhv etdi 19.04.21, 12:01
Altı aydır komada olan qazimiz şəhid oldu 19.04.21, 09:15
Bakıda 18 yaşlı gənc bıçaqlandı 19.04.21, 09:03
Texasda atışma - üç nəfər öldü 19.04.21, 09:03
ABŞ hərbçilərinin bazasına hücum edildi 19.04.21, 08:59
Rusiya Çexiyanın 20 diplomatını ölkədən qovdu 19.04.21, 08:52
Kərzai 11 Sentyabrdan danışdı: Biz bunun qurbanı olduq! 19.04.21, 08:47
İraqlı deputat: Amerika İŞİD-in ömrünü uzadır 18.04.21, 09:23
Səudiyyəyə aid baza PUA ilə vuruldu 18.04.21, 09:16
Ərəbistan Yəmən raketləri ilə bacarmadı, Yunanıstana üz tutdu 17.04.21, 09:07
İraqda ABŞ işğalçılarının hava bazasına dron hücumu edilib 15.04.21, 11:43
Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi 15.04.21, 10:04
Ucarda qadın qətlə yetirilib 15.04.21, 09:23
Pentaqondan etiraf: Bir nömrəli rəqibimiz Çindir! 15.04.21, 09:22
İşğalçı Türkiyə bazasına hücum: 1 hərbçi öldürüldü 15.04.21, 09:19
ABŞ-ın Əfqanıstan qərarına NATO-dan reaksiya 15.04.21, 09:15
Ramazan ayının başlaması ilə Ərəbistanın yəmənli uşaqlara qanlı bomba hədiyyəsi - 2 uşaq həlak oldu 14.04.21, 11:28
Bakıda yeniyetmə özünü hündürmərtəbəli binanın damından atdı 14.04.21, 09:33
İran uranı 60 faizə qədər zənginləşdirir 14.04.21, 09:31
Navalnı Qurani-Kərimə görə onlardan şikayət etdi 14.04.21, 09:29
Putin Bayden üzərində ilk psixoloji qələbəsini qazandı 14.04.21, 09:08
İran Prezidenti: Sionist rejimin hüzuru region üçün təhlükəlidir 13.04.21, 08:23
Əli Heydərovu öldürənin kimliyi bəlli oldu - Video 13.04.21, 08:21
ABŞ-da atışma: polis zabiti yaralandı 13.04.21, 08:12
Yəmən ordusu Ərəbistana ağır dron və raket hücumu etdi 12.04.21, 08:21
Rusiya COVID-19-a qarşı dərman kəşf etdi 12.04.21, 08:19
Vişnevski: Ukrayna ya dağılacaq, ya da... 11.04.21, 10:28
Bakıda gənc qətlə yetirildi 11.04.21, 10:06
Jirinovski: Türkiyə ilə... 11.04.21, 09:16
Qum Elmi Hövzəsinin ruhaniləri Hacı İlham Əliyevə qarşı sürülən ittihamların ləğv olunmasını istəyir 11.04.21, 08:47
İŞİD-in liderlərindən daha biri ələ keçdi 10.04.21, 20:13
İraqda hərəkat lideri: “Səudiyyə və BƏƏ İraq xalqının qanını tökdüyü üçün üzr istəməlidir” 10.04.21, 10:08
Britaniya Rusiyanın sualtı qayıqlarından... 10.04.21, 08:57
Fransada məscid yandırılıb 10.04.21, 07:52
İran Koreya gəmisini azad etdi. 09.04.21, 13:02
Türkiyədə hərbi təyyarə qəzaya uğradı 09.04.21, 12:57
Bağdad-Moskva hərbi əməkdaşlığı: Həşd-Şəbi rəhbəri Moskvada 09.04.21, 12:56
İranda maraqlı olay: İki aşiq 32 ildən sonra bir-birinə qovuşdu 08.04.21, 12:18
ABŞ-da silahlı basqın: 5 ölü, 1 yaralı 08.04.21, 09:59
Babçenko: Ukrayna bombalanacaq, böyük xaos yaranacaq 08.04.21, 09:42
Yeniyetmə başından güllələndi 08.04.21, 08:30
Suriyada iki türk əsgəri məhv edildi 08.04.21, 08:12
Sionist general: Yəmən İsrail üçün birbaşa təhdid sayılır 07.04.21, 09:03
İki əsgərimiz Suqovuşanda minaya düşdü - RƏSMİ 07.04.21, 08:18
ABŞ-ın raket sınağı uğursuz oldu 07.04.21, 08:17
İran ABŞ-la danışmaq niyyətində deyil - Ulyanov 07.04.21, 08:07
ABŞ-da polislər hərbçini güllələdi 06.04.21, 21:07
Suriyada Türkiyə hərbçiləri ölüb və yaralanıb 06.04.21, 11:47
Hərbçimiz hərbi hissədə intihar etdi - Rəsmi 06.04.21, 10:56
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - Foto 06.04.21, 10:55
Bakıda 65 yaşlı kişi özünü 9-cu mərtəbədən atıb 05.04.21, 20:04
Bölgədə yeni qiyam: Türkiyədə 10 admiral saxlanıldı 05.04.21, 20:03
Tacikistanın müdafiə naziri Tehrana səfər edəcək 05.04.21, 08:13
Fransalı deputat qəzəbləndi: “Müsəlmanlardan nə istəyirsiniz?” 05.04.21, 07:49
Zərif İngiltərəyə Vyana görüşü ilə bağlı tövsiyə etdi 04.04.21, 07:51
Yəmən Ərəbistanı təhdid etdi 03.04.21, 08:10
Almaniyada polis türkü güllələdi - Video 03.04.21, 08:07
Dünyada korona ilə bağlı son statistika 03.04.21, 08:01
Bəhreyndə işğalçı sionist rejimin bayrağı yandırıldı 03.04.21, 08:00
Yəmən ordusu Ərəbistanın paytaxtını vurdu 01.04.21, 09:45
Vaşinqtonda silahlı atışma: 4 nəfər yaralandı 01.04.21, 09:44
Rusiya bu istiqamətlərdən hücuma keçəcək 31.03.21, 08:37
Hacıqabulda qadın qaynı oğlu tərəfindən qətlə yetirildi: 12 yaşlı oğlunun gözü qarşısında bıçaqlayıb 31.03.21, 08:32
Rus vaksini Avropanı parçalayır 31.03.21, 08:29
Yəmənli qüvvələr Məaribdə bir neçə bölgəni işğaldan azad etdilər 30.03.21, 12:56
ABŞ sanksiyaları ləğv etməsə... - İran 30.03.21, 12:52
Rusiya: Suriyada işğalçıların nəzarətində olan bölgələrdə humanitar vəziyyət ağırdır 29.03.21, 09:18
Sumqayıtda gənc qız intihar edib 29.03.21, 08:54
Çin-ABŞ toqquşması qaçılmazdır - Puşkov 29.03.21, 08:51
Çin Avropaya çıxış üçün Rusiyanı seçir 28.03.21, 09:15
Azərbaycanda 12 yaşlı yeniyetmə özünü asıb 28.03.21, 08:40
Paris küçələrində yeni etiraz dalğası 28.03.21, 08:39
Kitabxanaya silahlı hücum: 1 nəfər öldü, 6 nəfər xəsarət aldı 28.03.21, 08:36
ABŞ-da növbəti silahlı insident: ölənlər var 28.03.21, 08:35
Yəmən ordusu daha bir xain generalı öldürdü 28.03.21, 08:29
Çin ABŞ və Kanada rəsmilərinə sanksiya tətbiq etdi 28.03.21, 08:27
Tehranda İranla Çin 25 illik müqavilə bağladı 27.03.21, 09:38
Bakıda gənc oğlan özünü 10-cu mərtəbədən atdı 27.03.21, 09:30
Kim Çen üzə çıxdı: bu dəfə avtobusda... – Foto