Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2020

Yəməndə yanacaq çatışmadığı üçün 400 tibb mərkəzi fəaliyyətini dayandırır

Ərəbistanın rəhbərliyi ilə ərəb koalisiyasının təcavüzkar hərəkətlərə yol verərək Yəmənə yanacaq daşıyan gəmiləri saxlaması bu ölkədə bir çox tibb mərkəzlərinin öz fəaliyyətini dayandırmasına səbəb olmuşdur.
Yəmən Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib ki, yaxın günlərdə 400 tibb müəssisəsi yanacaq çatışmamazlığına görə işini dayandırmalı olacaq.
Artıq bir neçə tibb mərkəzi, o cümlədən Həccədə yerləşən “Yasir Vəsab” xəstəxanası fəaliyyətini dayandırıb.
Tibb mərkəzlərinin yanacağa görə öz işini dayandırması müxtəlif növ xəstəlikdən əziyyət çəkən bu ölkədə böhranı daha da ağırlaşdıracaq.
Ərəbistan Yəmənin 20 neft gəmisini saxlayıb. Halbuki, saxlanmış bu gəmilərin BMT tərəfindən lisenziyası vardır və təftiş olunublar.


1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP