Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2020

Məarib azadlıq astanasında

Yəmən mənbələri bu gün (cümə axşamı) Yəmən ordusu və xalq komitələrinin Məarib əyalətində irəliləməsini xəbər veriblər.
“Xəbər əl-Yəməni” İnformasiya Mərkəzi bildirib ki, ötən bir neçə saatda döyüşlər şiddətlənib və Ənsarullaha bağlı xalq qüvvələri Məarib əyalətinin bir çox bölgələrini işğaldan azad ediblər, Yəmən əleyhinə koalisiya qüvvələrinin işğalında olan sonuncu məntəqəyə yaxınlaşıblar.
Bu gün həyata keçirilən hücumda Yəmən ordusu həmçinin Cəbəl Murad ilə Məarib şəhəri arasındakı məntəqələri tamamilə azad edib. Habelə böyük bir əməliyyatda Heydər Ali-Əhməd və Rəhum bölgələrində də nəzarəti ələ alıb.
Bu xəbərə əsasən, yaxın günlərdə Məraribin tamamilə işğaldan azad edilməsi gözlənilir.
Xəbərlərdə vurğulanır ki, Ərəbistan koalisiyasına aid qırıcılarının özünün Məaribdəki qüvvələrinə hava dəstəyi Yəmən ordusu və xalq komitələri qüvvələrini dayandıra bilməyib, təcavüzkar düşmən ordusu hərbi texnikasını cəbhədə qoyaraq qaçmağa məcbur olub.


1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP