Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2021

Qarpızın 10 əsas faydası

Yay aylarının ən sevilən meyvələrindən olan qarpız təbii şəkər tərkibli və təravətvericidir. Qarpız şirniyyatlara olan tələbatı təbii şəkildə ödəyir. Bundan əlavə, bədənin bir çox xəstəliklərə qarşı müqavimətini artıraraq immunitet sistemini gücləndirir.

Qarpızın 10 faydası:

1. Gün ərzində 100-150 qr qarpız yemək gündəlik vitamin və mineral ehtiyacının 10%-ni təmin edir.

2. Susuzluğun qarşısını alır və böyrəklərin müntəzəm fəaliyyətini tənzimləyir.

3. Yüksək qan təzyiqini azaltmağa kömək edərək ürək-damar sağlamlığını qoruyur.

4. Güclü antioksidant olduğu üçün bədəni toksinlərdən təmizləyir.

5. Dərinin nəm balansını təmin edir və daha canlı bir görünüş verir.

6. Şişkinlikdən qurtulmağa təsir edərək arıqlamağa kömək edir.

7. Qarpız əzələ sistemini gücləndirir və idmandan sonra yeyildikdə əzələ ağrısını azaldır.

8. Yatmağa kömək edir.

9. Yaddaşı gücləndirir.

10. Tərkibi liflə zəngin olduğuna görə bağırsaqların işini tənzimləyir.


3098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP