Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2021

Yəmən Ərəbistanda həyata keçirdiyi hərbi əməliyyatın detallarını açıqlayıb

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi təcavüzkar Ərəbistan rejiminə qarşı həyata keçirdiyi hərbi əməliyyatın detallarını açıqlayıb: “Bu əməliyyatda 16 dron, Zülfüqar və Bədr balistik raketlərindən istifadə olunub.”

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bu gün (bazar) Yəmən ordusu və xalq komitələrinin Ərəbistanda həyata keçirdiyi hərbi əməliyyat barədə açıqlama verib.

“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Yəhya Sərii “Müdafiə balansı-7” adlanan əməliyyat haqda deyib: “Bu əməliyyat Ərəbistan koalisiyasının təcavüzlərinə cavab olaraq həyata keçirilib.”

Mətbuat katibi əlavə edib: “Sözügedən əməliyyatda Ərəbistanın şərqində Dammam şəhərində yerləşən Aramko və Rəsut-tanurə şirkətlərinə aid həyati təsisatlar və hərbi mərkəzlər 8 ədəd Samad-3 dronu və Zülfüqar balistik raketi ilə hədəfə alındı. Habelə, Aramko şirkətinin Cəddə, Cazan və Nəcrandakı təsisatları Bədr tipli 5 ədəd balistik raket və Samad -3 tipli 2 ədəd dron vasitəsilə vuruldu.”

Y. Səri Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək deyib: “Böyük Yəmən ölkəsi və xalqına qarşı təcavüzü dayandırmaq məqsədilə öz qanuni haqqımızdan istifadə edərək unikal əməliyyatlar həyata keçirəcəyik. Yəmən Silahlı Qüvvələri Allahın yardımı ilə Yəmən Respublikasının bütün torpaqlarını azad edənə, azadlıq və müstəqilliyi gerçəkləşdirənə kimi öz cihadını davam etdirəcək.”


1801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP