Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2021

Avropa Şurasının sədri: İran əfqanlara evsahibliyi etməkdə tarixi rol oynadı

Avropa Şurasının sədri Çarlz Miçel öz Tvitter səhifəsində İran prezidenti Seyid İbrahim Rəisi ilə bir sıra mövzuları müzakirə etməsindən xəbər verərək deyib: “İran prezidenti ilə Əfqanıstanda baş verən hadisələr və nüvə sazişi danışıqlarının əsas yoluna qayıtması ilə bağlı söhbət etdik.”

Ç. Miçel əlavə edib ki, Avropa Birliyi və İranın regional və beynəlxalq mövzularda, o cümlədən Əfqanıstanla bağlı ortaq maraqları vardır.

O digər bir tvitində Əfqanıstan olaylarına və İranın bu məsələdə roluna toxunaraq yazıb: “Beynəlxalq camiə humanitar böhranlara cavab vermək üçün öz səylərini əsirgəməməlidir. İran qonşu ölkə kimi əfqanlara evsahibliyi etməkdə çox mühüm tarixi rol oynadı.”

Qeyd edək ki, bu gün (çərşənbə) İran, Çin, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan olmaqla 6 ölkənin xarici işlər nazirinin iştirakı ilə Əfqanıstanla bağlı iclas keçirilib.

Vitural iclasın əsas mövzusu Əfqanıstan xalqının istək və iradəsinin gerçəkləşməsinə, habelə sülh və əmin-amanda olan bir Əfqanıstan yaranmasına kömək etməyin yollarının araşdırılması olub.
Bu yönümdə daha bir iclasın Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunub.


2172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP