Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2021

Sionist rejiminin müharibə naziri: İran dronları daha dəqiq və daha dağıdıcıdır

Sionist rejiminin müharibə naziri Benni Qantz bu gün (bazar) açıqlamasında İranın Kaşan şəhərində müasir texnologiyalı dron mərkəzinin olduğunu və orada PUA təlimləri keçdiyini deyib.

“Ərəb-48” qəzetinin yazdığına görə, Qantz əlavə edib: “İranın inkişaf etdirdiyi önəmli aparatlardan biri də dronlardır. İran son vaxtlarda Kaşanda yerləşən qərargahda müqavimət qruplarına onu hazırlamağı və istifadə etməyi öyrədir.

Biz çox dəqiq və daha dağıdıcı dornlar barəsində danışırıq. Bu dronlar balistik raketlər, yaxud qırıcılar kimi minlərlə kilometr uça bilir. İranlılar belə dronlar hazırlayıb, SEPAH və Qüds qüvvələrinə yaxın olan öz nümayəndələrinə təhvil verirlər.”

Qantz İranın bu dron texnologiyasını Fələstin müqaviməq qruplarına da ötürdüyünü deyib.

Nur-az.com


2351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP