Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2021

ABŞ İranın vurduğu bazanı tamamilə tərk edib

İraq müştərək Əməliyyat Qərargahının mətbuat katibi Təhsin Xəfani Amerika qüvvələrinin Eyn əl-Əsəd hərbi bazasını tamamilə tərk etdiyini xəbər verib.

“Sputnik” xəbər agentliyinin T. Xəfaniyə istinadla bildirdiyinə görə, ABŞ döyüş qoşunları Eyn əl-Əsəd bazasını (İraqın qərbində) tamamilə tərk edib və bazada yalnız məsləhətçi qüvvələr qalıb.
O, həmçinin ABŞ qoşunlarının bazanı onlara verilmiş vaxtdan qabaq tərk etdiklərini və qalan döyüş qüvvələrinin bir neçə gün ərzində Ərbildəki Əl-Hərir bazasını da tərk edəcəyini bildirib.
Xafaci vurğulayıb: “ABŞ qoşunlarının çıxarılmasına nəzarət etmək üçün yaxın günlərdə peşəkar heyət bazaya nəzarət edəcək.

Qeyd edək ki, Amerika qüvvələrinin İslam sərkərdələri Hacı Qasim Süleymani və Əbu Məhdi Mühəndisi terror etmələrindən sonra İran ABŞ-ın terrorçu qüvvələrinin yerləşdiyi Eyn əl-Əsəd bazasını balistik raketlərlə vurdu. Bunun ardınca İraq Parlamenti də Amerika və digər xarici hərbi qüvvələrin İraqdan çıxması haqqında qanun qəbul etdi. Lakin ABŞ öz terrorçu qüvvələrini bu ölkədən çıxartmamaq üçün müxtəlif bəhanələrə əl atmasının ardınca, Həşd-Şəbi müqavimət qüvvələri cari ilin 31 dekabrına qədər onlara vaxt verdi və ABŞ terrorçu qüvvələri çıxmayacağı surətdə müqavimət silahının onlara cavab verəcəyi ilə təhdid etdi.


1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP