Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2021

Türkiyə həbsxanalarında acınacaqlı vəziyyət hökm sürür, yüzlərlə məhbus intihar edib

Türkiyə mediası millət vəkillərindən birinin hesabatına istinad edərək, Türkiyə həbsxanalarında vəziyyətin çox acınacaqlı olduğunu və son illərdə yüzlərlə məhbusun intihar etdiyini bildirib.
Cümhuriyyət Xalq Partiyasının sədr müavini Gliz Biçerkaracanın hesabatına görə, son 25 ildə Türkiyə həbsxanalarında 641 məhbus intihar edib.
“Turkish Mint” saytının məlumatına görə, Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili qeyd edib ki, Ədliyyə Nazirliyi və Avropa Şurasının məlumatına görə, ehtiyacı olan məhbuslara psixoloji yardım göstərilmir, həbsxana işçilərinin intihara səbəb ola biləcək halları müəyyən etməyə kömək edən psixi pozğunluqlarla mübarizə üzrə ilkin təlimləri yoxdur.
Hesabatda səhiyyə xidmətlərinə çıxışın narahatlıq doğurduğu, vəziyyətin günbəgün pisləşdiyi iddia edilir. Cəzaçəkmə müəssisələrində sıxlıq şəxsi gigiyena qaydalarına riayət edilməməsinə də səbəb olan əsas problemlərdən biridir.
Hesabata görə, Türkiyə 2020-ci ildə hər 100 min nəfərə 357 məhbus olmaqla Avropa Şurasına üzv 47 ölkə arasında ən yüksək həbs göstəricisinə sahib olub. Həmçinin Türkiyə həbsxanalarında 1605 xəstə məhbus var və onlardan 604-nün vəziyyəti ağırdır.
Hesabatda, 2014-cü ildən bəri Türkiyə həbsxanalarında 125 nəfərin öldüyü də bildirilir.
Türkiyədə 2016-cı ilin iyulda baş verən çevrilişə cəhddən sonra kütləvi həbslər və saxlanılmalar aparılıb. Hakim Ədalət və İnkişaf Partiyası Gülən təşkilatını uğursuz çevriliş cəhdində ittiham edir. Halbuki, bu iddia Gülən təşkilatı tərəfindən qətiyyətlə rədd edilib.
Tənqidçilər çevrilişdən sonra müxalifətə qarşı kütləvi repressiyaya başlayan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı bu hadisədən müxalifləri sıxışdırmaq üçün bəhanə kimi istifadə etməkdə ittiham edirlər.
Türkiyənin sosial və iqtisadi vəziyyəti də yaxşı deyildir, belə ki, bu yaxınlarda internet saytlarından biri yoxsulluğun artdığını qeyd edib.
“Duvar” saytı yazır: “Yoxsulluqdan əziyyət çəkən Türkiyə vətəndaşları heyrətamiz inflyasiya dövründə güzəranını keçirmək üçün mübarizə aparır və bəzi insanlar yemək üçün satıcıların atdığı tərəvəz və meyvələri marketlərdə toplayırlar.”
Sayt bir türkiyə vətəndaşın atılan pomidorları toplamaq üçün mağazadan icazə istəməsinə istinad edib. Türkiyəli vətəndaş sayta açıqlamasında deyib: “Heç kimin pulu yoxdur. Allah daha pis vəziyyətdə yaşayanlara yardımçı olsun. Mənim 100 lirəm var idi. Ancaq onunla lazım olanları ala bilmədim. Əgər meyvə alsam, göyərti ala bilməyəcəm, əgər göyərti alsam meyvə ala bilməyəcəm. Meyvə ala bilmirəm. Mən 3-4 uşaqla nə edim?”
Sayt satıcıların atdığı məhsullar arasında yeməli meyvə və tərəvəz tapmağa çalışan başqa bir vətəndaşla söhbət edib.
Türkiyəli xanım bununla bağlı deyib: “Pulum yoxdur, meyvə-tərəvəz ala bilmirəm. Mən onları yerdən yığıram. Başqa nə etməliyəm?”


1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP