Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2022

Amerikalı general: İranın hərbi gücü yenilməz səviyyəyə çatıb

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Makkenzi deyib: “İranın strateji potensialı indi çox böyükdür. Çünki onlar öz düşmənlərini raket şəlaləsində qərq etmək bacarığı əldə ediblər.”
CENTCOM komandiri Makkenzi “New Yorker”-ə verdiyi müsahibəsində deyib ki, İran hərbi güc əldə edib və regionda istənilən hədəfə effektiv, geniş və dərin hücum edə bilər.

O vurğulayıb: “İranın strateji potensialı indi çox böyükdür. Çünki onlar öz düşmənlərini raket şəlaləsində qərq etmək bacarığı əldə ediblər.”
Makkenzi deyib ki, İran Hizbullahı yüz minlərlə raketlə təchiz edib və indi İsrailə keçmişdə edə bilmədikləri şəkildə dəqiq hücum etmək imkanına malikdir.
İsrail kəşfiyyat rəsmisi də Amerika qəzetinə deyib: “İran artıq heç nədən qorxmur və heç nə onun nüvə inkişafını dayandıra bilməz.”

Mossad-ın keçmiş kəşfiyyat direktoru və İsrail müharibə nazirliyinin hərbi-siyasi idarəsinin hazırkı rəhbəri Zohar Palti “New Yorker”-ə açıqlamasında “Hazırda İranın nüvə proqramı üçün heç bir maneə yoxdur” deyə, vurğulayıb.

O əlavə edib: “İranın nüvə proqramı ilə bağlı problem ondan ibarətdir ki, hazırda onları dayandırmaq üçün diplomatik mexanizm yoxdur. Onları saxlaya biləcək heç bir qüvvə yoxdur. İran artıq qorxmur.
Biz o yerə gəlmək istəmirik ki, sonda özümüzə sual verək: İrana 90%-i zənginləşdirməyə necə icazə verilib?”


1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP