Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2022

Əfsanəvi futbolçu İslam dinini qəbul etdi

Niderland millisinin sabiq üzvü Klarens Zeedorf İslam dinini qəbul edib.

O, bu barədə özünün "İnstaqram" hesabında yazıb: “Müsəlman ailəsinə qoşulmağıma görə gələn təbrik mesajları üçün xüsusi təşəkkür edirəm. İslam dininə qoşulmaqdan çox şadam və məmnunam, xüsusən də mənə İslamın mənasını daha dərindən öyrədən sevimli Sofiyaya. Mən adımı dəyişməmişəm. Valideynlərim tərəfindən verilən Klarens Zeedorf adımı daşımağa davam edəcəyəm! Dünyadakı hər kəsə bütün sevgilərimi göndərirəm".

Qeyd edək ki, Zeedorf "Ayaks", "Real" və "Milan"la Çempionlar Liqasının qalibi olub. O, 3 fərqli klubla bu turniri qazanan yeganə futbolçudur.


3195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP