Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2022

Bahar fəslinin Azərbaycana daxilolma vaxtı açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bahar fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb.

Verilən məlumata görə, 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq. Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.


3290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP